"Meta" mərkəzinin tikintisi arılara görə dayandırıla bilər

5-11-2024, 16:46           
"Meta" mərkəzinin tikintisi arılara görə dayandırıla bilər
"Meta" korporasiyasının ABŞ-də nüvə enerjisi ilə işləyən yeni süni intellekt məlumat mərkəzi qurmaq planları nadir bir arı növü səbəbindən pozulub.

Bu barədə "The Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "Meta" şirkətinin baş direktoru Mark Zukerberq ABŞ-də mövcud atom elektrik stansiyası operatoru ilə yeni məlumat mərkəzini gücləndirmək üçün tikinti müqaviləsi bağlamaq istəyib. Lakin o, ekoloji problemlər də daxil olmaqla, çətinliklərlə üzləşib.

M.Zukerberq etiraf edib ki, potensial tikinti zonasında nadir arıların olması layihəni çətinləşdirir.

Qeyd olunur ki, korporasiya karbonsuz enerjidən, o cümlədən nüvə enerjisindən istifadə üzrə təkliflərin öyrənilməsini davam etdirir.

"Meta" qəzetə şərh verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru