Küçələr artıq belə təmizlənir - Bakıda yenilik + FOTOLAR

6-11-2024, 11:14           
Küçələr artıq belə təmizlənir - Bakıda yenilik + FOTOLAR
Bakıda küçələrin təmizliyi üçün yeni texnikalar gətirilib. “Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən sorğumuza cavab olaraq bildirilib ki, bu texnikalar kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi üçün gətirilib: “Həmçinin küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən, yeni tozsoran texnika alınaraq Bakıya gətirilib. Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.

İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru