Hindistanda toyda qalmaqal: Gəlinin keçmiş sevgilisi əvvəlcə bəyin əlini sıxdı, sonra yumruqladı VİDEO

6-11-2024, 15:38           
Hindistanda toyda qalmaqal:
Hindistanın Racastan əyalətində keçirilən toy mərasimində maraqlı hadisə baş verib.

Bu barədə Sondakika.com xəbər verir.

Məlumata görə, bəy və gəlin təbrikləri qəbul etdikləri zaman gözlənilməz hal yaşanıb.

Gəlinin keçmiş sevgilisi səhnəyə çıxaraq əvvəlcə bəyin əlini sıxıb, sonra isə ona yumruq atıb. Təəccüb içində qalan gəlin keçmiş sevgilisi ilə ərini ayırmaq üçün xeyli cəhd göstərib.

Baş verənlər qonaqlar tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Sosial şəbəkə istifadəçiləri toy şənliyi zamanı baş verən bu zorakılığı qınayıblar.

"Qorxaq bir hərəkət... Ümid edirəm ki, bəy təhlükədən uzaqdır", - deyə istifadəçilərdən biri yazıb.

"Bu klipi görmək qorxulu idi", - deyə digəri qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru