İsrailin genişmiqyaslı hücumu: 45 ölü, 59 yaralı

7-11-2024, 07:44           
İsrailin genişmiqyaslı hücumu: 45 ölü, 59 yaralı
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şərqindəki Bekaa vadisinin məskunlaşmış ərazilərinə 33 reyd keçirib. Nəticədə 45 nəfər ölüb, 59 nəfər yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Xəbərə görə, bu, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri ölkənin şərq və şimal-şərq rayonlarına həyata keçirilən ən kütləvi hava zərbəsi olub.
Daha əvvəl Baalbek-Hermel əyalətinin qubernatoru Bəşir Xodr 36 ölüm haqda məlumat verib. Onun dediyinə görə, ən çox ölüm Britel, Taraya və Yunin qəsəbələrində qeydə alınıb.
Baalbekin özündə raketlərdən biri YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qədim məbəd kompleksinin yerləşdiyi arxeoloji qoruğun yaxınlığındakı avtomobil dayanacağına düşüb. Qədim abidələrə dəymiş maddi ziyan barədə məlumat verilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.