Keşlə qəbiristanlığında torpaq çökdü: məzarlar başqa əraziyə köçürüldü - YENİLƏNDİ

Bu gün, 07:54           
Keşlə qəbiristanlığında torpaq çökdü: məzarlar başqa əraziyə köçürüldü - YENİLƏNDİ
Keşlə qəbiristanlığında illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması nəticəsində dağılıb, iki qəbir isə dağılma təhlükəsindədir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, mövcud məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər olunub, əraziyə baxış keçirilib.

Qeyd edilib ki, kollektorda heç bir qəza hadisəsi baş verməyib, xəttə rejim dəyişikliyi olmayıb. Problemin kökü ondan ibarətdir ki, kollektorun üzərində qəbiristanlıq salınıb və bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.

***
Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürülüb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.

Qeyd edilib ki, Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub.

Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.