TRAMPIN 400 MİLYARDLIQ KABİNETİ - Yeni hökumətdə olacaq şəxslərin sərvətləri + SİYAHI
12-12-2024, 09:17
ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın yeni kabinetində olacaq şəxslər öz sərvətləri ilə böyük diqqət çəkir. Rəsmi olaraq yanvarın 20-dən Ağ Evdəki vəzifəsinə başlayacaq Trampın komandasında bir çox tanınmış milyarderlər və multimilyonerlər var.
"AzPolitika" xəbər verir ki, Trampın komandasının ümumi sərvəti 400 milyard dollara yaxındır. Milyarderlərdən başqa, Trampın komandasında orta imkanlı bir amerikalı ailənin sərvətindən yüz dəfələrlə çox olan üzvlər də var. Dünyanın ən varlı işa adamı İlon Mask da Trampın formalaşdırdığı yeni hökumətdə yer alır.
Həmin şəxsləri təqdim edirik:
- Donald Tramp (Prezident) - 6,1 milyard dollar;
- J.D.Vans (Prezident köməkçisi) - 4,8-11,3 milyon dollar;
- İlon Musk (Hökumətin Səmərəlilik Departamenti sədri) - 365 milyard dollar;
- Stiven Faynberq (Müdafiə nazirinin müavini) - 5 milyard dollar;
- Varren Stefens (ABŞ-nin Britaniyadakı səfiri) - 3,4 milyard dollar;
- Çarlz Kuşner (ABŞ-nin Fransadakı səfiri) - 2,9 milyard dollar;
- Linda MakMahon (Təhsil Departamenti rəhbəri) - 2,6 milyard dollar;
- Hovard Lutnik (Ticarət Departamenti rəhbəri) - 2 milyard dollar;
- Cared Isaakman (NASA rəhbəri) - 1,7 milyard dollar;
- Vivek Ramasvami (Hökumətin Səmərəliliyi Departamenti) - 1 milyard dollar;
- Skott Bessent (Xəzinədarlıq Departamenti) - 500 milyon dollar;
- Steven Vitkoff (ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi) - 500 milyon dollar;
- David Saks (kriptovalyuta bazarının sahibi) - 200 milyon dollar;
- Kris Vrayt (Enerji Departamenti) - 171 milyon dollar;
- Douq Burqum (Daxili İşlər Departamenti) - 100 milyon dollar;
- Mehmet Öz (Medicare Mərkəzləri və Medicaid Xidmətləri Müdirliyi rəhbəri) - 100 milyon dollar;
- Robert F. Kennedi (Səhiyyə Departamenti) - 15 milyon dollar;
- Lori Çavez-DeRemer (Əmək Departamenti) - 9,6 milyon dollar;
- Maykl Valtz (Milli Təhlükəsizlik müşaviri) - 9 milyon dollar;
- Pete Heqset (Müdafiə Departamenti) - 6 milyon dollar;
- Kristi Noem (Daxili Təhlükəsizlik Departamenti) - 5 milyon dollar;
- Marko Rubio (Dövlət Departamenti) - 3 milyon dollar;
- Brooke Rollins (Kənd Təsərrüfatı Departamenti) - 3 milyon dollar;
- Elise Stefanik (ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi) - 1,8 milyon dollar;
- Pam Bondi (Ədliyyə naziri) - 1,8 milyon dollar.