Tətildən sonra ilk dərs gününün vaxtı açıqlanıb

20-03-2025, 11:14           
Tətildən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı məlum olub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük (6) tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək”,- məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru