Norveçdən bütün dünyanı doyurmaq üçün maraqlı təklif

31-03-2025, 12:08           
Norveçdən bütün dünyanı doyurmaq üçün maraqlı təklif
Norveçin Sənaye və Texniki Tədqiqatlar Fondunun (SINTEF) alimləri balıq tullantılarının 70%-ni qiymətli qida məhsullarına və yem əlavələrinə çevirməyə imkan verən yeni üsul təqdim ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Norveç Elm və Texnologiya Universitetinin (NTNU) rəsmi saytında bildirilib.

Komanda sübut edib ki, balıqların adətən dənizə atılan başları, qaraciyəri və digər daxili orqanlarında çoxsaylı faydalı maddələr var.

"Hər tutulan balıq 15-20% daha çox gəlir gətirə biləcək, eyni zamanda, dünya miqyasında zülal, yağ turşuları və qida çatışmazlığı problemini həll edəcək" - deyə tədqiqat işinə rəhbərlik edən Lin Skontorp Meydell qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.