Doğuşa nəzarət həbləri beyin funksiyasını dəyişdirir

Bu gün, 09:57           
Doğuşa nəzarət həbləri beyin funksiyasını dəyişdirir
Kembric və Los-Anceles Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, hamiləliyin qarşısını alan dərmanlar yalnız reproduktiv sistemə deyil, həm də beynin işinə təsir göstərə bilər.

32gun.az xəbər verir ki, nəticələr Human Brain Mapping jurnalında dərc olunub.

Tədqiqatçılara görə, hormonal kontraseptivlər beynin neyron şəbəkələrinin fərdiliyini azaldır, onları bir-birinə daha çox oxşar edir. Bu dəyişikliklər xüsusilə emosiyaların tənzimlənməsi ilə bağlı sahələrdə nəzərə çarpır. Bu da bəzi qadınların preparatların ilk aylarında əhval dəyişiklikləri və əsəbilik yaşamasını izah edə bilər.

Araşdırmaya 20–33 yaş arası, əvvəllər kontraseptivlərin emosional yan təsirlərini qeyd etmiş 26 qadın qatılıb. Hər iştirakçı iki mərhələdən keçib: real preparat (etinilestradiol + levonorgestrel) qəbul edərkən və plasebo zamanı. Hər mərhələdə fMRT skanları aparılıb və gündəlik əhval sorğuları keçirilib.

Nəticələr göstərib ki, hormonlu preparatlar qəbul edilərkən beynin funksional aktivlik nümunələri fərdiliyini itirir, qadınlarda isə daha çox neqativ emosiyalar müşahidə olunur. Ən ciddi dəyişikliklər emosiyaların emalı və özünü dərk zonalarında qeydə alınıb.

Alimlər araşdırmanı genişləndirməyi planlaşdırırlar. Məqsəd müxtəlif preparatların və uzunmüddətli istifadənin beyinə necə təsir etdiyini, həmçinin emosional dəyişiklikləri və hormonlarla bağlı digər təsirləri izah edib-etmədiyini müəyyənləşdirməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru