Kolumbiyada iki terror aktı nəticəsində 20-yə yaxın adam ölüb

Bu gün, 09:34           
Kolumbiyada iki terror aktı nəticəsində 20-yə yaxın adam ölüb
Kolumbiyada bomba yüklü avtomobilin partladılması və polis helikopterinə hücum nəticəsində azı 17 nəfər ölüb.

Tribunainfo.az xəbər verir ki, ölkə Prezidenti Qustavo Petro hər iki hücuma görə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) ləğv edilmiş dissidentlərinin məsuliyyət daşıdığını bildirib.

Səlahiyyətlilərin məlumatına görə, kokain istehsalı üçün xammal olan koka plantasiyalarını ləğv etmək üçün Kolumbiyanın şimalındakı Antyokiya departamentinə əməkdaşları daşıyan helikopterə pilotsuz uçuş aparatı ilə hücum edilib, hücum nəticəsində azı 12 polis əməkdaşı ölüb.

Bu arada ölkənin cənub-qərbində yerləşən Kali şəhərinin səlahiyyətliləri partlayıcılarla dolu avtomobilin hərbi aviasiya məktəbinin yaxınlığında partlaması nəticəsində 5 nəfərin öldüyünü, 30-dan çox insanın yaralandığını bildirib.

Kolumbiya Hərbi Hava Qüvvələri partlayışla bağlı mediaya əlavə məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru