YEVLAX MRX-NIN ŞÖBƏ MÜDIRI VƏ TSEK-SI SƏDRININ SAXTA KOMISIYALARI

18-06-2015, 23:59           
YEVLAX MRX-NIN ŞÖBƏ MÜDIRI VƏ TSEK-SI SƏDRININ SAXTA KOMISIYALARI
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu

Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.

Bu Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.


Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov bir müddət əvvəl açıqlama verərək prezident İlham Əliyevin tapşırığına uyğun olaraq nazirliyin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb. Nazir qeyd edib ki, hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq:

Ölkə başçısı Cənab İlham Əliyevin göstərişinə əsasən Respublikada korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Ancaq buna baxmayaraq bəzi rəhbər şəxslər gizlin yollarla və yaxud rəsmi sənədləri saxtalaşdırmaqla rüşvətlə məşğul olurlar. Elə bu baxımdan da Xeber-ci.com saytı Yevlax MRX-nın Poliklinika şöbəsinin müdiri Məhərrəm Gülməmmədov, 23 saylı TSEK-in sədri Yaşar Allahverdiyevin birgə apardığı saxta işlər barədə məlumat verir.

Əlillik düşməyən, hətda keçirdiyi xəstəliyi belə bilməyən bir çox şəxslər var ki, bu gün 23 saylı TSEK-dən təkrar komisiyyadan keçirlər və bir il yenidən təqaüt alırlar. Öz xəstəliyini bilməyən, sabik TSEK-sədri Şahinin dövürndən saxta yollarla əlillik almış şəxslərə indi Məhərrəm Gülməmmədov forma yazır və həmin forma əsasında da TSEK-nın sədri Yaşar Allahverdiyev xəstəliyin müddətini daha bir il uzadır.

Xeber-ci.com-a daxil olmuş məlumata əsasən bəzi başqa rayon sakinləridə burdan əlillik üçün komisiyadan keçrilir. Məsələn Kəlbəcər rayon sakini Goranboy ərazisində yaşayır və o, Yevlax rayonunun harasından sənəd aldığını bilmədən növbəti komisiya üçün müraciyət edir. Belə xəstələr ilk öncə Məhərrəm həkimlə görüşməli olurlar. Necə deyərlər onun haqqını-hesabını verib, halallığını aldıqdan sonra elə həmin saxta sənədlərlə üz tuturlar Yaşar Allahverdiyev yanına. Əsas məsələ də elə burda başlayır. Yaşar Allahverdiyev tanımadığından əlbə-əl pul almasada onun əl altıları “müştəriyə” şirinlik haqqında məlumat verir və onun komisiyadan keçməsi üçün nə qədər pul tərləyəcəyini bildirir.

Elə hallarda olur ki, Yevlax MRX-sının şöbə müdiri Məhərrəm həkim hər şeyi həll edir. Saxta xəstə isə TSEK-da ancaq Yaşar həkimin gözünə görsənməklə əlillik müddətini daha bir il uzatdırmış olur. Bəs görəsən Yevlax MRX-sının şöbə müdiri Məhərrəm Gülməmmədova nə qədər “şirinlik” verib saxta forma almaq mümkündür? TSEK-dan komisyadan keçmək üçün cibinə nə qədər pul qoymalısan? Bu və digər məslələr barədə yenidən məlumat verəcəyik.

QARŞI TƏRƏFLƏRİNDƏ MÖVQEYİN DƏRC ETMƏYƏ HAZIRIQ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.