Zaqatalada icra başçısı yol istismar idarəsinin müdürü ilə büdcəni belə talayırlar
23-06-2015, 00:33
İcra başçısı ilə idarə müdiri hər il əlbir şəkildə dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti öz "şəxsi büdcə"lərinə yönləndirirlər.
Heç kimə sirr deyil ki, əksər məmurlar üçün dövlət büdsəsinin talan edilməsi əsas gəlir yeridir. O üzdən də Azərbaycanda son 10 ildə aparılan qlobal yenidəqurma və abadlaşdırma işləri bir çox hallarda dekorativ xarakterli olub. Bunun əsas səbəbi isə yerlərdə məmurların ayrılan büdcə vəsaitlərini şişirdilmiş rəqəmlərlə mənimsəmələri olub.
Rayonlarda yeni təmir olunan və abalaşdırılan yerlərin bir ildən sonra yenidən təmir olunması isə adi hala çevrilib. Eyni yerlərin, xüsusən də rayon mərkəzlərinin hər il «abalaşdırılması» təbii ki, böyük korrupsiyadan xəbər verir. Həmçinin rayonlarda çəkilən yolların da qısa müddətdə təmirə ehtiyacı olduğunu hamımız bilirik. Bir qayda olaraq prezidentin bölgələrə səfəri öncəsində yollar təcili təmir olunur. Amma iş orasındadır ki, təmir olunan yollar bir neçə aydan sonra yenidən sıradan çıxır. Bunun da səbəbi çox sadədir. Yola ayrılan milyon manatlarla vəsait mənimsənillir və yolun alt qatına tökülən materiallar çox vaxt istifadə olunmur. Sadəcə yollara 5-6 sm qalınlığında asfalt örtüyü döşənir. Bir iki aydan sonra isə həmin örtük dağılır və yollarda inanılmaz çalalar əmələ gəlir.
Zaqataladan AzFakt.com-a daxil olan şikayət məktubunda da məhz yolların vəziyyətindən gileylənirlər. Belə ki, hər il Zaqatalada yolların saxlanılmasına və təmirinə külli miqdarda vəsait ayrılsa da, rayon yolları Zaqatala sakinlərinini ən böyük probleminə çevrilib.
Şikayət məktubunda qeyd olunur ki, yolların təmirinə ayrılan vəsaitlər bir qayda olaraq icra başçsı Mübariz Əhmədzadə və 17 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov tərəfindən mənimsənilir. Görülən işlər isə kosmetik xarakterli olur. Bildirilir ki, Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayonda büdcə təşkilatlarına ayrılan vəsaitlərin nəqd şəkildə idarə müdirlərindən almaqla yanaşı, işlərin də ona yaxın olan şirkətlərə verilməsini təmin edir. Yəni icra başçısı iki qat korrupsiya ilə öz şəxsi büdcəsini doldurur. Yolların təmirinə ayrılan pulların da böyük hissəsi məhz icra başçsınnın şəxsi büdcəsinə axır.
Qeyd edək ki, Zaqatala yollarının təmiri üçün bu kiçik idarəyə milyonlarla manat vəsait köçürülüb. 2012, 2013, 2014 cü illərdə 17 saylı Yol İstismar İdarəsi 3 milyon manatlıq tenderin qalibi olub. İdarə hər il rayonun müxtəlif kəndlərarası yollarının təmiri, tikintisini həyata keçirib. Yəni sənədlərdə. Reallıq isə bunun tamamilə əksini göstərməkdədir. Bundan əmin olmaq üçün, sadəcə Zaqatalada kənd arası yollarla bir dəfə gedib-gəlmək yetrlidir. Şikayətçilər bildirir ki, 17 saylı Yol İstismar idarəsinin təmir etdiyi yolların ömrü cəmi bir neçə ay olur. Sonra yol dağılır və əvvəlkindən də pis vəziyyətə düşür. Çünki lahiyyə-smetada nəzərdə tutlan işlərin cəmi 20 - 30 faizi həyata keçirilir. Şikayətçilər qeyd edirlər ki, buna misal olaraq Mübariz Əhmədzadənin bəh-bəh ilə təriflədiyi və dilindən düşməyən 8,2 km uzunluğu olan Mazıx-Qəbizdərə avtomobil yolunu göstərmək olar. Həmin yol tikildikdən cəmi 1 il sonra bu günə dağılıb yoxa çıxdı və hazırda ilə Mövlud Qurbanovun işi icra başçısının «qürur yeri olan» həmin yola «yamaq» vurmaqdır. Bundan başqa rayonun Əliabad, Yengiyan, Kəpənəkçi, Yuxarı Çardaxlar, Bəhmətli, Kürdəmir, Yeni Suvagil , Yengiyan, Qandax,Muğanlı, Maqov, Gozbarax, Dombbinə, Yuxarı Tala, Aşağı Tala, Danaçı, Uzunqazmalar, Çobankol, Qımır, Bazar, Meşleş, Çüdülübinə, Laqodexbinə, Əli Bayramlı, Qalal, Qarqay, Əzgilli Lahıc və Sabunçu kənd yollarının əksəriyyətinin bərbad vəziyyətdə olduğu qeyd olunur. Bu yollarla bir dəfə gedən ikinci dəfə bu yollarla getməyəcəyinə görə özünə söyüş verir.
Bildirək ki, Zaqatala da həyata keçirilən və böyük korrupsiya əməli olan, yol maxinasiyaları ilə bağlı daha geniş və detallı yazımızı yaxın günlərdə oxucularımızın diqqətinə cəlb edəcəyik. Hələlik isə onu bildirək ki, Zaqatalada hər il milyonlarla manat vəsait yolllarda buxarlanır və buxarlanan dövlət vəsaitləri bir qayda olaraq Mübariz Əhmədzadə ilə Mövlud Qurbanovun şəxsi büdsəsinə girir. Xatırladaq ki, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə Melorasiya və Su Təsərrüfatı ASC-nin prezidenti Əhməd Əhmədzadənin qardaşıdır.