Rusiyada Telegram 4 milyon cərimələndi

4-12-2024, 12:23           
Rusiyada Telegram 4 milyon cərimələndi
Məhkəmə "Telegram" messencerini qadağan olunmuş məlumatları silmədiyinə görə cəzalandırıb
Moskvanın Taqanski Məhkəməsi "Telegram" messencerini qadağan olunmuş məlumatları silmədiyinə görə cərimələyib.

Bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi "Telegram" kanalına məlumat yerləşdirilib.

Messenger İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda təqsirli bilinib. Sosial şəbəkə Rusiya qanunvericiliyinə uyğun olaraq silinməli olan məlumatların məhdudlaşdırılması və ya silinməsi sahəsində öz öhdəliklərini yerinə yetirməyib.

Məhkəmə "Telegram"a 4 milyon rubl (63 min 848 AZN) məbləğində cərimə kəsib.

Noyabrda messencer 7 milyon rubl cərimə olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru