Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyənin Kartal bələdiyyəsinin sədri Gökhan Yüksel ilə görüşüb.

Bu gün, 00:11           
Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyənin Kartal bələdiyyəsinin sədri Gökhan Yüksel ilə görüşüb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin Kartal bələdiyyəsinin sədri Gökhan Yüksel ilə görüşüb.
Millət vəkili Tənzilə Rüstəmxanlı qeyd edib ki, bu cür işgüzar görüşlərin Türkiyə və Azərbaycan arasında yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki qardaş ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.
Səmimi görüşə görə təşəkkür edən Gökhan Yüksel Tənzilə Rüstəmxanlını VII çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilməsi münasibətilə təbrik edib.
Bələdiyyə sədri qeyd edib ki, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması hər iki qardaş dövlətin birliyinin bariz nümunəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.