Qərbin Rusiya ilə "müharibə" metodu: Gürcüstan "ikinci Ukrayna" formatı ilə növbəti cəbhəyə çevrilir

Bu gün, 11:14           
Qərbin Rusiya ilə "müharibə" metodu:
Artıq bir neçə ildir ki, Qərb öz siyasətini Gürcüstan üzərində də ciddi şəkildə yeritməyə başlayıb. Əvvəlcə Gürcüstana NATO-ya daxil olması ilə bağlı vədlər verdi, sonra Gürcüstan vətəndaşları üçün Avropa ölkələri vizasız oldu. Gürcüstan üçün yardımlar da ayrılırdı. Gerçək məqsəd heç də Gürüstanı bir Avropa ölkəsi etmək deyil, əslində Gürcüstanı Ukrayna kimi alətə çevirməkdir. Necə ki, iki il əvvəl Ukrayna Qərbi əli ilə Rusiya ilə müharibəyə daxil oldu, milyonlarla vətəndaşı qaçqın-köçkün düşdü, şəhərləri dağıdıldı, yandırıldı, məhv oldu. Yüzminlərlə vətəndaşı müharibənin qurbanına çevrildi. İndi də məqsəd Gürcüstanı "ikinci Ukrayna" etməkdir. Ukraynaya zaman-zaman “arxandayam” mesajı verən və "satdığı" silahın istifadəsinə icazə verməyən Qərb istəyir ki, Gürcüstanda da hakimiyyəti ələ alıb, Rusiyaya qarşı ikinci bir cəbhə açsın...
Bildiyiniz kimi Abxaziya və Cənubi Osetiya illər əvvəl Rusiya tərəfindən işğal olunub. Qərb də Gürcüstanın "yaralı" olan tərəfindən istifadə etmək niyyətindədir. Necə ki, Ukrayna-Rusiya müharibəsində Krımı bəhanə olaraq ortaya atmışdı...

Nə Ukrayna, nə də Gürcüstan bir ölkə olaraq Qərbi maraqlandırmır. Qərb sadəcə Rusiyanın böyüklüyünü həzm edə bilmir və Rusiyanı ona sərhəd olan kiçik ölkələrlə müharibələrə çəkir, siyasi və iqtisadi vasitələrlə çökdürmək istəyir. Əgər Ermənistanın Rusiya ilə sərhədi olsaydı, Ermənistan da potensial Ukrayna və ya Gürcüstan ola bilərdi. Bunun əvəzində Qərb Ermənistanı Rusiyadan addım-addım uzaqlaşdırıb, silahlandırmaqla kifayətlənir. Hələ ki...

Xatırlayırsınızsa, ötən il Ermənistan məhz Qərbib istəyi ilə Roma Statunu ratifikiasiya etdi. Bu da o deməkdir ki, Putin Ermənistana getsə həbs ediləcək...

“Gürcüstan Arzusu” Qərbin planlarını başa düşür, növbəti Ukrayna durumuna düşmək istəmir. Ötən ayın axırlarında “Gürcüstan Arzusu” öz siyasətini bəyan etdi. Açıq şəkildə bildirdi ki, müəyyən müddətə qədər Avropaya inteqrasiya etməyi düşünmür. İlin əvvəllərində qəbul edilən iki qanun onsuz da Qərbin kin damarını qabartmışdı. Gürcüstan LGBT təbliğatına məhdudiyyət haqqında və Xarici Agentlərlə bağlı qanunu qəbul edəndə Qərb başa düşmüşdü ki, seçkilərdə “Gürcüstan Arzusu” qalib gələrsə, Gürcüstanı oyuncağa çevirə bilməyəcək.

Əslində Gürcüstan əhalisi də bunun fərqindədir. Onlar ukraynalılar kimi müharibə qurbanı olmaq istəməsələr də, Avropadan da tam qırılmağı düşünmürlər. Bu gün Gürcüstanda əhali mitinqlər edir. Bəlkə də bu mitinqlərin nəticəsində Gürcüstanın yeni müharibə ocağına çevrilməsi ehtimalından və hətta reallığından xəbərsizdilər. Bəlkə də bu acı taleyə inanmırlar. Gürcüstanda müxalif təbliğat da güclüdür. Amma reallıq budur ki, Gürcüstan Qərbə yol açsa, geriyə dönülməyəcək hadisələrlə nəticələnəcək. Gürcüstan bu dəfə Ermənistan və Ukrayna kimi marionet bir ölkəyəı çevriləcək. O zaman "azad" Gürcüstandan danışmaq xəyal olaraq qalacaq.

İradə Cəlil, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.