İsrail İranın 200-dən çox kiberhücumuna məruz qaldığını bildirir
Bu gün, 10:38
İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (Şin Bet) yüksək rütbəli İsrail rəsmilərinin şəxsi məlumatlarını əldə etmək məqsədi ilə İran İslam Respublikasının 200-dən çox “fişinq” kiberhücumunu müəyyən etdiyini açıqlayıb.
Şin Betin məlumatına görə, bu kiberhücumların qurbanları arasında İsrailin yüksək səviyyəli təhlükəsizlik, siyasi, akademik və media şəxsiyyətləri də var. Fişinq istifadəçi məlumatlarını oğurlamaq üçün tez-tez istifadə edilən kiberhücum növüdür.
“The Times of Israel”in yazdığına görə, hakerlər israilliləri proqram təminatı quraşdırmağa razı salmaqla öz şəxsi məlumatlarına giriş əldə etməyə çalışıblar və bəzi hallarda bu məlumatlardan bu insanlara qarşı gələcək hücumlar üçün istifadə ediblər.
Şin Bet hakerlərin hücumların qurbanlarından şübhələnməmək üçün onların hər biri üçün ayrıca hekayə hazırladıqlarını açıqlayıb. Məsələn, belə hallardan birində haker özünü İsrailin Nazirlər Kabinetinin naziri kimi təqdim edib və qurbana İsrailin Baş naziri ilə görüşü koordinasiya etdiyini bildirib.
Şin Bet bildirib ki, kiber kampaniyanın qurbanlarını müəyyən edib və bu barədə onlara məlumat verib. İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı haker hücumlarının vaxtını açıqlamayıb.
İran İslam Respublikası son aylar bir sıra aldatma əməliyyatları və saxta məlumatlar yaymaqla İsrailin hədəfləri və səlahiyyətliləri ilə əlaqə saxlamağa çalışıb.
İsrail mediası dekabrın 3-də bildirib ki, İran hökumətinin agentləri məlumat toplamaq və ya İsrailin yüksək rütbəli rəsmiləri ilə əlaqə saxlamaq üçün iki İsrail nazirinə saxta dəvət göndəriblər.
Bu ilin sentyabr ayında Reuters İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatı ilə bağlı "APT 42" və ya "Charmin Kiten" kimi tanınan haker qruplarından bəhs edən məlumatında hakerlərin Vaşinqtondakı qiymətli hədəflərə qarşı fəaliyyətini vurğulamışdı.
Keçən ilin mart ayında Google-un törəmə şirkəti olan “Mendiant” kibertəhlükəsizlik və informasiya texnologiyaları şirkəti bir sıra aerokosmik, aviasiya və müdafiə sənayesinə təsir göstərən İran-Nexus casusluq fəaliyyəti ilə bağlı yeni təhlükənin aşkar edildiyini açıqlamışdı.
İsrail, Birləşmiş Ərəb Əmirlikləri Ərəb, Türkiyə, Hindistan və Albaniya təşkilatları hədəf alınmışdı.