İstehsal üçün avtobusların ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad ediləcək

Bu gün, 11:38           
İstehsal üçün avtobusların ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad ediləcək
Komitə sədri bildirib ki, yerli avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə ölkə ərazisində avtobus istehsalına gömrük güzəştlərinin verilməsi nəzərdə tutulur.
Milli Məclisin plenar iclasında "Gömrük tarifi haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, layihədə 3 istiqamət üzrə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulur:
"Birinci istiqamət dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr üzrədir. İkinci istiqamət bərpa olunan enerji istehsalı layihələri ilə bağlıdır. Üçüncü istiqamət yerli avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə ölkə ərazisində avtobus istehsalına gömrük güzəştlərinin verilməsi ilə bağlıdır. Bu məqsədlə təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir".
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.