Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - FOTO

Dünən, 09:52           
Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - FOTO
Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı
Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq
edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı
havalara hazırlıq tədbirləri davam edir. Şəhərin və rayon
kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə
gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi
ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona
cavabdeh şəxs təyin edilib.
Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti
məsələləri Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə
edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul
şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti
qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də
iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı
dinlənilib.
Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq
tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar
zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün
müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə
kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat,
bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb
edilməsi qərara alınıb.
Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl
qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı
günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun
özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə
cağırış edilib.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.