La Liqa: "Barselona" səfərdə "Malyorka"nı darmadağın edib

4-12-2024, 10:25           
La Liqa: "Barselona" səfərdə "Malyorka"nı darmadağın edib
İspaniya La Liqasında 19-cu turun "Malyorka" və "Barselona" komandalarının qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun "Malyorka Son Moih" stadionunda (Palma de Malyorka) baş tutub. Qarşılaşma 1:5 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Barselona"nın heyətində Ferran Torres, Frenki de Yonq, Pau Viktor hərəyə bir qol vurublar, Rafinya isə dubla imza atıb. "Malyorka"nın yeganə qolunu hücumçu Vedat Muriki vurub.

"Malyorka" İspaniya La Liqasının turnir cədvəlində altıncıdır. Komanda 15 görüşdə 24 xal toplayıb. Öz növbəsində, Hans-Diter Flikin komandası 16 görüşdə 37 xal toplayıb və birinci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru