Parlament hərbi vəziyyətin ləğvinə səs verdi

4-12-2024, 11:24           
Parlament hərbi vəziyyətin ləğvinə səs verdi
Cənubi Koreya parlamentinin üzvləri dekabrın 3-də ölkə prezidenti Yun Sok-Yöl tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.

Referans.az xəbər verir ki, bu barədə “TASS“ məlumat yayıb.

300 deputatdan 190-ı Seulda polis tərəfindən mühasirəyə alınan parlament binasına daxil olaraq məsələni müzakirə edib. Qərardan sonra parlament sədri Vu Von Sik ölkə prezidentini hərbi vəziyyəti ləğv etməyə çağırıb.

Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Buna səbəb kimi Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq göstərilib./Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru