Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır

4-12-2024, 08:18           
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.

İndex.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilən “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, qanunun doqquzuncu maddəsinə xüsusi hissə əlavə olunur.

Həmin hissədə qeyd edilib ki, mülki silahı əldə etmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, onlar vətəndaşdan tələb olunmur.

Qeyd edək ki, mülki silah – özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru