Sabirabad təhsilində rüsvayçılığın baiskarı kimdir?

30-06-2015, 16:26           
Sabirabad təhsilində rüsvayçılığın baiskarı kimdir?
Sabirabad təhsili bərbad günə salınıb. Bu rayonda təhsilin abadlığından danışmaq olmaz.

Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyatov bisavad bir nəslin yetişməsində, rüşvətin çiçəklənməsində xüsusi fəallıq nümayiş etdirir.
Onun təhsil naziri Mikayıl Cabbarovu ciddi qəbul etmədiyi və Misir Mərdanovdan sonra onun naziri olmadığını öz kluarlarında səsləndirir. Odur ki, RTŞ müdiri arxalandığı qüvvələrin himayəsi altında rayon və kənd məktəblərinin təmiri üçün ayrılmış dövlət vəsaitləri mənimsəməkdən çəkinmir.
Hətta onun barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər daxil olduğu qeyd edilir.
Bununla belə, E.Bünyatov Sabirabad təhsilində açdığı bazardan götürdüyü gəlirlə rayondakı icra nümayəndələrini də razı salır. Ona icra hakimiyyətində hamilik edənlər E.Bünyatov haqda mərkəzi dairələrə xoş fikirlər çatdırır. Əvəzində isə acı həqiqət var - Sabirabadda imtahan verənlərin müvafiq olaraq, 6,01% və 6,40%-i Ana dili və Riyaziyyat fənlərindən “5” qiyməti alıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.