Nərimanov rayon sakinləri icra başçısından kömək istəyir-FOTO

6-07-2015, 12:43           
Nərimanov rayon sakinləri icra başçısından kömək istəyir-FOTO
Son illər hər cürə zəbt olunmaq halları ilə rastlaşırıq. Biri dənizi hasarlayır, o biri meşəni çəpərə alır, başqa biri….

Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinləri yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından kömək istəyir.
Sakinlər Qafqaz Xəbər Agentliyinə göndərdiyi müraciətlərində qeyd edirlər ki, binanın üç nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər. Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar. Həmin şəxslərin kimliyi ilə bağlı sakinlərdən soruşduq. Sakinlərin dediyinə görə 90-CP-059 dövlət qeydiyyatı olan Toyota Camry avtomobilin sahibi Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olub. Digər 90-RE- 987 Toyota Prado avtomobilin sahibinin Samir adlı həkim olduğunu bildirdilər. 90- UN -074 dövlət nömrəli Mercedes ML 350 markalı avtomobilin sahibi isə ticarətlə məşğul olur. Sakinlərin sözlərinə görə, bu üç nəfərin hərəkətlərindən belə başa düşülür ki, bunlardan başqa bu məhəllədə insan yaşamır. Sonda Nərimanov RİH-nin başçısına müraciət edən sakinlər, redaksiyamız vasitəsi ilə Nərimanov Rayon Polis İdarəsinin rəisinə də müraciət edirlər ki, qoy hüquq- mühafizə orqanları da araşdırsınlar ki, bu üç avtomobilin sahibinə kim ixtiyar verib ki, binanın həyətini qanunsuz zəbt ediblər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.