Cəlilabadda “meşə soyqırımı”: ETSN hara baxır ? VİDEO

13-07-2015, 15:36           
Cəlilabadda “meşə soyqırımı”: ETSN hara baxır ? VİDEO
Cəlilabadda meşələr məhv edilir

Belə ki,Ağacların qırılması ilə bağlı BTV-yə dəfələrlə şikayət məktubları daxil olduğu üçün biz adı çəkilən əraziyə yollanaraq,faktı dəqiqləşdirmək istədik. Gördüyümüz mənzərə heç də ürəkaçan olmadı.Həqiqətən meşə ağac üzünə həsrətdir. Meşədə ağacların demək olar ki , hamısı məhv edilib. Məsələyə münasibət bildirən Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi bu işdə onların heç bir günahı olmadığını və ağacların kənd sakinləri tərəfindən qırıldığını deyir.Əldə etdiymiz məlumata görə hazırda Cəlilabad rayon Prokurorluğu məsələ ilə bağlı araşdırma aparır . Qeyd edək ki , bir müddət öncə də BTV-yə Cəlilabaddakı “ meşə soyqırımı ” ilə bağlı məktublar daxil olmuşdu. Həmin məktublarda bildirilirdi ki , hər il yanacaq məqsədi ilə məhv edilən meşələrdən yüzlərlə maşın odun çıxarılır. Əhaliyə və təhsil şöbələrinə satılan həmin odunlardan isə külli miqdarda gəlir götürülür və bütün bu işlərin arxasında Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun dayanır. Bildirək ki,dəfələrlə Cəlilabad rayon meşə soyqırımı ilə bağlı sujetlərdən sonra Ekologiya və təbii Sərvətlər Nazirliyindən məsələyə münasibət öyrənmək istəsək də onlar bu movzuya laqeyid yanasaraq bizə məlumat verməkdən yayınıblar.
Maraqlıdr görəsən Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərinin arxasında Nazirliyin hansı vəzifəli şəxsi dayanır ki,onlar bu qədər rahatçılıqla bir meşəni məhv edirlər? Qeyd edək ki,Artıq məsələ ilə bağlı araşdırma aparmışıq və yaxın günlərdə həmin vəzifəli şəxsin adını açıqlacağıq.
BTV olaraq Ekologiya və Təbii sərvətlər Nazirliyinin məsələyə münasibətini də işiqandırmağa hazırıq.
[media=https://www.youtube.com/watch?v=q_d_roJtWqg]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.