İsgəndər Sadıqovun DQQrup şirkətində vergi maxinasiyaları ilginc iddia
17-07-2015, 12:45
teref.az yazır ki, bakuNews-in Azərbaycan Redaksiyasına İsgəndər Sadıqova məxsus DQQrup MMC-də külli miqdarda maliyyə vəsaitinin vergidən gizlədilməsi ilə bağlı, həmin şirkətin əməkdaşı tərəfindən məlumat daxil olub. Redaksiya ilkin arşdırma apardıqdan sonra məlum oldu ki, DQQrup MMC-nin kommersiya müdiri Səmavi Abbasov, İsgəndər Sadıqov və MMC-nin direktoru Sabir Sadıqovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vergilər Naziri Fazil Məmmədova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə rəsmi müraciət göndərib. Müraciətdə DQQrup MMC-də həyata keçirilən maliyyə maxinasiyaları, lizinq firıldaqları, vergidən külli miqdarda gəlirlərin gizlədilməsi barədə təxirəsalınmaz araşdırma aparılması xahiş edilib.
Həmçinin Səmavi Abbasov bu müraciətini Azərbaycan Respublikasında fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinə ünvanlayıb. Redaksiyanın ilkin araşdırması zamanı məlum olub ki, İsgəndər Sadıqov və Sabir Sadıqov DQQrup MMC, həmçinin indi bu MMC-yə məxsus olan əmlak vasitəsiylə külli miqdarda gəlir əldə edərək, vəsaitləri vergidən gizlədiblər.
İsgəndər Sadıqov və Sabir Sadıqov əlbir olaraq vergi ödəməmək üçün maliyyə maxinsiyaları ilə məşğuldurlar. Hazırda “DQQrup” MMC-yə məxsus Neftçaladı Şüşə İstehsalı zavodunun məhsullarının satılması ilə bağlı vergi və maliyyə maxinasiyaları həyata keçirilir.“DQQrup” MMC-nin təsisçisi, İsgəndər Sadıqov olmaqla 2015-ci ilin fevralında təsis edilib. Amma Neftcala Şüşə zavodu və mərkəzi ofis 5 ildən artıqdır ki, mövcuddur. Halbuki İsgəndər Sadıqov və Sabir Sadıqov “DQQroup” MMC-dən oncə isə “Desigh Glass” MMC-ni işlətmişlər və sonradan bu şirkət guya iflas olduğu üçün bağlayıb yerinə DQQrup MMC-ni təsis etmişlər.
2015-ci ilə qədər məhz İsgəndər Sadıqov “Desigh Glass” MMC-nin adından istifadə edərək vergidən külli miqdarda vəsaiti gizlətmiş və “NİKOİL BANK” vasitəsiylə lizinq adı ilə Neftcala Şüşə İstehsalı zavodunun kreditlə alınmış əmlakı üzərində lizinq fırıldağı həyata keçirmişdir. DQQrup MMC-nin təsisçisi İsgəndər Sadıqovun bu məsələyə münasibətini öyrənməyə çalışsaq da telefonuna edilən zaənglər cavabsız qaldı. Şirkətdən isə telefona cavab verən tanımadığımız şəxs bir də bu məsələ ilə bağlı zənq etməməyi təkid etdi.
Biz DQQrup şirkətinin də mövqeyini dərc etməyə hazırıq və güman edirik ki, Vergilər Naziri Fazil Məmmədov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev DQQrup MMC-nin əməkdaşı Səmavi Abbaspvun müraciətini nəzarətdə saxlayıb İsgəndər Sadıqov və Sabir Sadıqovun qanunsuz əməllərinə son qoyacaqlar.
Arşadırmamız davam edir...