Bəhruz Quliyevin əmisi oğluna hücum oldu, xəsarətlər var - İlginc olay

17-07-2015, 22:10           
Bəhruz Quliyevin əmisi oğluna hücum oldu, xəsarətlər var - İlginc olay
"Yasamal rayon polis İdarəsinin rəisi Əkbər İsmayılovla rayon prokuroru Rasim Hacıyev qanuna deyil, qanunsuzluğun dərinləşməsinə xidmət edirlər.

teref.az xəbər verir ki, bu sözləri, Arazmedia.az-a açıqlamasında saytın rəhbəri Fariz Quliyev deyib.

Fariz Quliyev bildirib ki, 27 iyun 2015-ci il tarixində Yasamal rayonu ərazisində tanımadığı şəxs ona qəfil hücum ediib: "Qəfil hücum edən şəxs mənə müxtəlif bədən xəsarətləri yetirməklə yanaşı, telefonumu da götürüb qaçdı. Faktla bağlı baş redaktor olaraq, polis rəisi Əkbər İsmayılova şəxsən məlumat verdim. Bundan sonra mənə hücum edən şəxs 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldı. Rəis əvvəlcə nə lazımsa, tədbir görüləcəyini desə də, sonra hansısa maraqlarına boğularaq, mənə hücum edib, xəsarətlər yetirən, telefonu aparan şəxsi sərbəst buraxıblar. Bölmədən isə mənə dedilər ki, səni vuran şəxs rəis Əkbər İsmayılovun restoranlarından birində aşpaz işləyir. Rayon prokuroru Rasim Hacıyev də "paqon yoldaşına" dəstək verdi bu məsələdə. Ona görə, bununla bağlı Baş Prokurorluğa və digər yuxarı instansiyalara şikayət etdim".

Onu da qeyd edək ki, Fariz Quliyev "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin əmisi oğludur.

Qeyd olunan hadisə və ittihamlarla bağlı qarşı tərəfləri də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.