““Bakcell”llə Şahin Telekom və Loqofon şirkətlənin müəmmalı işbirliyi İLGİNC
23-07-2015, 21:48
Qafqaz Xəbər Agentliyi bir gün əvvəl ““Bakcell”də və “Nar Mobile”də inhisarçı olan Şahin Telekom və Loqofon şirkətləri kimə məxsusdur..? Cavid Qurbanovun kommersiya şərikləri mobil operatorları ələ keçirib?” başlıqlı məqalə dərc etmişdi. Qısa xatırlatma üçün bildirək ki, məqalə bəzi məmurların iri şirkətlərə “krışa”lıq edərək onları şifahi qaydada vergidən azad etməsindən bəhs edirdi. Məqalədə belə şirkət olaraq Bakcell-in kvotasının 3 milyon 500 min manatına sahib olan Caspian CSN şirkətinın adı keçirdi.
Və qeyd olunurdu ki, bu şirkət professor İlham Rəhimovun kürəkəni Araz Mehdiyevə və onun şəriki, keçmiş daxili işlər nazirinin oğlu Rasim Əsədova məxsusdur. imagesMəqalədə daha sonra Bakcell-in 7 milyonluq kvotasına sahiblənən digər şirkətlər Şahin Telekom və Mobilon-dan bəhs edilirdi. Bu şirkətlər də şifahi şəkildə vergidən azad olunublar. Belə şirkətlərdən biri də “Nar Mobile”də inhisarçı rolunu oynayan Loqofon və ona bağlı olan “İmperator” şirkətidir. Əslində Bakcell-də kvota sahibi olan şirkətlər “Nar Mobile”nin kvota bölgüsündə başqa şirkət adı ilə iştirak edirlər. Məqalədən bəlli olurdu ki, bu şirkətlər “Dəmirbank”ın “Mərkəz” filialının müdiri Müşfiq Tükanov və onun şəriki İlqar Yusubovun nəzarətindədir. Ancaq bu cütlüyün də arxasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dayanır. Məqalə dərc olunandan sonra bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov redaksiyamıza zəng edərək bildirdi ki, Cavid müəllimin o şirkətlərə heç bir dəxli yoxdur, əlinizdə rəsmi sənəd varmı ki, Cavid Qurbanov həmin şirkətlərə himayədarlıq edir..?
Biz mətbuat katibliyinin rəhbərinə bildirdik ki, söhbət rəsmi sənəddən getmir, ortada qeyri-rəsmi zaminlik məsələsi var… Digər tərəfdən Nadir Əzməmmədovun inkar etməsinə baxmayaraq məqalədə adı keçən “Dəmirbank”ın “Mərkəz” filialının müdiri Müşfiq Tükanov ilə Cavid Qurbanovun oğlu kirvədir və Tükanov hansı qurumla iş qurmaq istəyirsə hər yerdə Cavid Qurbanovun adından istifadə edir. Və ən əsası…bu gün redaksiyamıza daxil olan məlumata görə, Bakcell və “Nar Mobile” şirkətlərinin bölgələrdəki distribüterlərinə şərt qoyulub ki, əməkdaşlığı davam etdirmək üçün nüfuzlu və imkanlı şəxslərdən biri ( yəni oliqarx ) ortada zamin dayanmalıdır. Əks təqdirdə əməkdaşlıq dayandırlacaq. Bu təklifə cavab olaraq distribüterlər bildirib ki, bizim təminatımız xalq tərəfindən seçilmiş prezidentdir.
Ancaq Bakcell və “Nar Mobile” şirkətlərindən cavab gəlib ki, özünüzə zamin tapın, yoxsa uzaqlaşın. Məhz buna görə də Bakcell və “Nar Mobile” kimi şirkətlərlə əməkdaşlıq etmək üçün Cavid Qurbanov kimi oliqarxların “zəmanət”inə ciddi ehtiyac yaranıb. Özünə zamin tapa bilməyən şirkətlər əməkdaşlıqdan uzaqlaşmalı olublar və nəticədə Bakcell və “Nar Mobile” 3 şirkətlə əməkdaşlığını davam etdirdi. Çünki bu 3 şirkət Bakcell və “Nar Mobile”yə zamin təqdim edə bildi. Hazırda Bakcell və “Nar Mobile” cəmi 3 şirkətlə əməkdaşlıq edərək, öz kvotasını bu 3 şirkət arasında bölüşdürüb.
Bakcell-də Caspian CSM-in zamini İlham Rəhimov, Bakcell- də Şahin Telekom və “Nar Mobile” də Loqofonun zamini Cavid Qurbanov, Bakcell-də Mobilon və “Nar Mobile” də Aztol Telekom şirkətinə “qarant duran şəxs” keçmiş baş prokuror, səfir Eldar Həsənovdur. Qeyd edək ki, Mobilon və Aztol Telekom şirkətinin sahibi “Volvo” ləqəbli Emin, 1998- ci ildə ölkəmizin iş adamlarına 50 milyondan artıq pul ataraq ölkədən qaçmışıdır. O illər də ölkənin baş prokuroru Eldar Həsənov idi. Hazırda Emin Amerikada qaçıb gizlənsə də onun Bakıdakı işlərini qardaşı Elçin davam etdirir. Digər maraqlı məlumata görə, 1998- ci ildə Eminin cangüdəni Azər Əsgərov olub. Onun da sonuncu iş yeri “Azimport”un direktoru vəzifəsi olub. Azər Əsgərov Bayraq meydannın keçmiş rəisi Rəşad Məmmədovla həm şərik, həm də yeznə -qayındırlar.