Mərdan Camalov prezidentin tapşırığını saymır
27-07-2015, 15:01
May ayında paytaxtın Binəqədi rayon ərazisində yaşayış binasında baş vermiş dəhşətli yanğın və onun fəsadları hər birimizə məlumdur . Xatırladaq ki,baş verən hadisədən sonra ölkə başçısı təcili toplantı keçirərək , məmurlara müvafiq tapşırıqlar vermişdi. Məmurların qarşısına qoyulan ən vacib tapşırıq isə paytaxtda və bölgələrdə yanma təhlükəsi olan bina üzlüklərinin sökülməsi idi. Lakin bəzi məmurlar hələ də prezidentin tapşırığını eşitməyib,ya da eşitmək istəməyib. Belə məmurlardan biri də Şirvan şəhər icra başçısı Mərdan Camalovdur. Belə ki , Şirvanda 4-5 yaşayış binasının üzlükləri hələ də sökülməyib. Bu isə bina sakinlərinin həyatını təhlükə altına alır. Xatırlatma üçün bildirək ki, Mərdan Camalovun adı demək olar ki , mətbuatın gündəmindən düşmür. Bir müddət öncə Şirvan şəhərində , icra başçısının qardaşına məxsus telemexanika zavodunda baş verən partlayış da söz-söhbətə səbəb olmuşdu. Hadisə baş verən zaman diqqət çəkən məqam isə Mərdan Camalovun Şirvanda deyil , xaricdə istirahətdə olması oldu. Bundan əlavə partlayış zamanı həlak olan və xəsarət alanların ailələrinə konpensasiya verilməyib. İcra başçısından narazılıqlar bununla da bitmir. Belə ki , bəzi media nümayəndələri Mərdan Camalovdan ölkə başçısına şikayət ünvanlayıb. Səbəb isə yazdıqları haqlı tənqidlərə görə təhdid edilmələridir. Biz bütün sadalananlara aydınlıq gətirmək ümidilə Şirvan şəhər icra hakimiyyətilə əlaqə saxladıq. Lakin cəhdlərimiz boşa çıxdı. İstənilən halda Mərdan Camalov məsələ ilə bağlı fikir bildirmək istəyərsə , onun münasibətini işıqlandırmağa hazırıq.