"Bakcell" öz çirkli vərdişlərindən əl çəkmir - Bakcell Qafqaz Xəbər Agentliyinin telefon danışıqlarını dinləyir..?

27-07-2015, 15:17           
"Bakcell" öz çirkli vərdişlərindən əl çəkmir - Bakcell Qafqaz Xəbər Agentliyinin telefon danışıqlarını dinləyir..?
Bakcell şirkəti ilə bağlı xeyli vaxtdır ki, Qafqaz Xəbər Agentliyinin saytlarında araşdırma yazılar dərc olunur. Bundan bərk qəzəblənən Bakcell-in rəhbərliyi şirkətlə bağlı agentliyimizə məlumat verən mənbəni ifşa etmək üçün, redaksiyamıza məxsus nömrələri dinləmək niyyətinə düşüb. Bu açıq-aydın hiss olunur. Hətta agentliyin əməkdaşaları işlə əlaqədar harasa zəng edəndə xəttin o başında olan şəxs bildirir ki, elə bil xətdə üçüncü səxs var. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Qafqaz Xəbər Agentliyi Bakcell şirkəti ilə əməkdaşlığa son qoymaqla bağlı məlumat yaymışdı. Hətta həmin məlumatı saytlarmızdan oxuyan Azercell şirkətinin satış departamentinin əməkdaşları redaksiyamıza gələrək güzəştli şərtlərlə əməkdaşlıq təklif etmişdilər. Düzdür, nədənsə sonra Azercell öz niyyətindən daşındı. Hazırda Qafqaz Xəbər Agentliyi müvəqqəti olaraq Bakcell şirkəti ilə əməkdaşlığı davam etdirsə də şirkətin fəaliyyətindəki neqativ hallarla bağlı məqalələrimizi dərc etməkdə davam edirik. Fəaliyyətimizə əngəl törətmək, tərəfimizdən şirkətin tənqidinin qarşısını almaq, mənbəni müəyyən etmək və digər məqsədlər üçün Bakcell şirkəti Qafqaz Xəbər Agentliyinə məxsus nömrələrə qulaq asdırır. Məlumat üçün bildirək ki, 2014- cü ildə Qafqaz Xəbər Agentliyi Bakcell şirkətindən 20 ədəd nömrə əldə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.