Raqub Məmmədov korrupsiyaya görə işdən qovulan məmuru mükafatlandırdı
28-07-2015, 00:08
Uzun illər boyu məcburi köçkünlərə dövlətin ayırdığı pulların mənimsənilməsində böyük rol oynayan bir məmurun dövlət qulluğunda uğurlu fəaliyyətinə görə Fəxri Fərman almasını kimin vicdanına yazaq? Bir zamanlar dövlətin milyonlarla manat vəsaitinin talan edilməsində iştirakına görə işdən qovulmuş Hüseyn Kazımov Raqub Məmmmədovun ən yaxın adamıqa necə çevrilib?
Bir müddət öncə Ağdam rayon ivra hakimiyyətinin başçısı Raqub Məmmədovun məmur kimi fəaliyyətinin görünməyən tərəfləri haqda yazmışdıq. “Raqub Məmmədov: bacarıqsız çekist, uğursuz icra başçısı” başlıqlı hamin yazımız oxucular tərəfindən maraqla qarşılanmışdı. İndi isə sizə R.Məmmədovla bağlı yeni ilginc məlumatı təqdim edirik:
Ağdamdan cumhuriyyet.az-a daxil olan məlumata görə, təxminən bir ay öncə dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Ağdamda keçirilən mərasimdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Novruzlu kənd inzibati-ərazi nümayəndəsi Hüseyn Kazımovu Fəxri Fərmanla təltif edib. Yəqin ki, hörmətli oxucumuz düşünəcək ki, burda nə var? Dövlət qulluqçusuna peşə bayramında fəxri fərman verilməsində pis və anormal nə var? Əgər həmin dövlət qulluqçusu doğurdan öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetiribsə, o zaman hər şəy qaydasındır. Amma əgər bir dövlət qulluqçusu miyonlarla manat büdcə pulunun, həm də qaçqın və köçkünlər üçün ayrılan pulların mənimsənilməsində baş rol alıbsa, yəqin oxucularımız da razılaşar ki, bu anormal haldır. Uzun illər boyu məcburi köçkünlərə dövlətin ayırdığı pulların mənimsənilməsində böyük rol oynayan bir məmurun dövlət qulluğunda uğurlu fəaliyyətinə görə Fəxri Fərman alması həmçinin büdcəninin məmurlar tərəfindən talan olunmasının təqdir olunması kimi də başa düşülməlidir.
Bəs kimdir Novruzlu kənd inzibati-ərazi nümayəndəsi Hüseyn Kazımov? Mənbə bildirir ki, Hüseyn Kazımov təqribən on il əvvəl köçkün ailəlrə ayrılan milyonlarla manat vəsaitini mənimsədiyinə görə tşdən azad olunub. İşin acınacaqlı tərəfi də odur ki, miylonlarla manat büdcə vəsaitinin mənimsənilməsinə görə ancaq icra nümayəndəsi işdən azad olunub. Hətta bu barədə cinayət işi açılsa da, sonradan sakitcə iş yoxa çıxıb.
Mənbə bildirir ki, 2000-ci illərdə Maliyyə Nazirliynin apardığı yoxlamalarda məlum olub ki, dövlət büdcəsindən 10 il müddətində qaçqınara ayrılan vəsaitlərin böyük qismi mənimsənilib. Belə ki, bir çox nümayndələr Rusiyada və başqa yerlərdə olan köçkünlərin adına keçən bütün dövlət yardımlarını mənimsəyiblər. Onların içində ən çox vəsait mənimsəməsi məhz Novruzlu incibati-ərazi nümayəndəliyində aşkarlanıb. Belə ki, yoxlama zamanı məlum olub ki, hətta eyni adamlara bir neçə nümayəndəlikdən yardımlar ayrılıb. Həmin zaman Ağdam İcra Hakimiyyətinin icra başçısı vəzifəsində salışan Həsən Sarıyev vəziyyətdən çıxmaq üçün bir neçə icra nümayəndəsini işdən çıxarıb. Həmin icra nümayndələri arasında Hüseyn Kazımov da olub. Daha sonra isə bu məsələ ilə bağlı açılan cinayət işi bağlandıqdan sonra Hüseyn Kazımov yenidən Novruzlu kənd inzibati-ərazi nümayəndəsi təyin olunub. Həmin vaxt artıq Ağdamda icra başçısı Nizami Sadıqov olub.
Raqub Məmmədov Ağdama başçı təyin olunduqdan sonra isə Hüseyn Kazımovun əli–qolu tamam açılıb və icra nümayəndəsi yenidən köhnə əməliynə qayıdıb. Mənbənin bildirdiyinə görə Raqub Məmmədovla daha əvvəldən isti münasibəti olan Hüseyn Kazımov yenidən ayrılan yardımları saxta sənədlər əsasında mənimsəməyə başlayıb. Ən maraqlı faktlardan biri isə odur ki, Novruzlu kənd inzibati-ərazi nümayəndəsinin müavini 80 yaşlı ahıl bir kişidir. Nümayəndəliyn müsahibi isə yoxdur. Burda hesab kitab aparan da yoxdur. Və 80 yaşlı Nəsib kişi heç arayış da yaza bilmədiyndən Novruzlu kəndinin sakinləri avara qalıblar.
Mənbə bildiririr ki, əslində 80 yaşlı Nəsib kişi rəsmən icra nümaynədəsinin müavini işləmir. O təqribən 3 il əvvəl yaş senzinə görə işdən çıxarılıb. Ancaq Novruzlu kəndində nümayndə müavinin vəzifəsi 3 ildir ki, vakantdır və Nəsb kişi hələ də bu vəzifəni icra edir. Novruzlu kəndində də hamı 80 yaşlı ahılı icra nümayəndəsinin müavini olaraq bilir. Və bu barədə icra başçısı Raqub Məmmədov da xəbərdardır. Çünki kənd sakinləri bir neçə ondan Novruzlu kəndini Nəsib kişidən qurtarmağı xahiş ediblər. Amma icra başçısı onlara heç bir söz verməyib. Hüseyn Kazımova gəldikdə isə, Raqub Məmmədovdan Fəxri Fərman alan nümayəndə artıq çoxdan yaş senzinə görə təqaüdə getməliydi. Çünki o da, artıq 67 yaşını doldurub.
Nəsib kişinin tərcümeyi-halındakı ən maraqlı detal isə bir neçə il əvvəl evindən olunan olan oğurluqla bağlıdır. Belə ki, təqribən il yarım əvvəl Nəsib kişinin evindən oğurluq olub. Oğruların evdən apardığı isə 80-dən artıq plastik kart, (həmin kartlar Rusiyada olan ağdamlıların adına olub) və 100 min avro olub. Hörmətli oxucular, sizdə etiraf edərsiniz ki, 80 yaşı olmasına baxmayaraq, dövlət vəzifəsini qeyri-qanuni olaraq öz şəxsi mülkünə çevirən birinin evindən 100 min avro çıxması sıradan bir şey deyil.
Sonda onu da qeyd edək ki, dünən Raqub Məmmədov Novruzlu kənd inzibati-ərazi nümayəndəsi Hüseyn Kazımova ikinci Fəxri Fərmanı verib. Xatırladaq ki, Raqub Məmmədov cəmi bir ildir icra başçısı təyin olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.