Səlim Müslümovun adamı Ağcabədidə sosial müavinəti "satışa" çıxardıb
28-07-2015, 12:13
Ağcabədi Sosial Müdafiə Mərkəzində yoxsul ailələrə verilməli olan ünvanlı sosial yardımlar «satışa» çıxarılıb. Bu barədə JAM.AZ-a rayon sakini Elsevər Cəfərov məlumat verib.
O bildirib ki, 5 aydır onu süründürürlər. «Mənə təyin edilməli olan ünvanlı sosial yardımı vermirlər. 5 aydır məni süründürürlər. Sektor müdiri Akif Əliyev şərt qoyub ki, alacağım pulun 3 aylıq hissəsini ona verəcəyim təqdirdə, ünvanlı sosial yardım ala bilərəm».
Qeyd edək ki, xeyli əvvəlldən Ağcabədi ƏSMM haqqında bu tip məlumatlar dolaşırdı. Mətbuatda isə bununla bağı çeşidli şikayətlər yer alıb. Mərkəzin direktoru Əbülfəz Qasımovun yeni nazirin dövründən qaydaları dəyişdirdiyi vurğulanan xəbərlərdə deyilirdi ki, o, ünvanlı sosial yardım məsələsində öz «qaydaları»nı tətbiq edib və bəzi yanaşmaları «yumuşaldıb». Həmin «yumuşalma» isə əvvəllər 50/50-yə olduğu halda, indi 3 aya endirilib.