Bakıda psixi xəstə 150 nəfəri barmağına dolayıb - Qətərdə iş xəyalı

1-02-2018, 10:24           
Bakıda psixi xəstə 150 nəfəri barmağına dolayıb - Qətərdə iş xəyalı
Qətər Respublikasında azərbaycanlıların işlə təmin olunması ilə bağlı baş verən böyük dələduzluq işində gözlənilməz dönüş baş verib.

Məhkəmədə işlə əlaqədar əsas şübhəli şəxs olan müttəhimin psixi xəstə və yarasız şəxs olduğu müəyyənləşib. İndi istintaq soruşur: "Bu vəziyyətdə o, necə məharətlə kələk və fırıldaq gələrək 150 nəfəri aldada bilib?!"

Sputnik Azərbaycan-a Yasamal rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov Tofiq Aydın oğlu psixonevroloji dispanserdə müalicə alır. Ona görə də, 23 may 2017-ci il tarixində Qaradağ rayon məhkəməsi onu yarasız və psixi xəstə kimi tanıyıb.

Sputnik Azərbaycan-ın daha əvvəl də verdiyi məlumata görə, Zeynalov öz qurbanlarının aldadılmasına dair genişmiqyaslı əməliyyatına 2017-ci ilin oktyabrında başlayıb. O, Cəfər Cabbarlı küçəsində yerləşən Caspian Plaza biznes-mərkəzində yer götürüb və özünü Munchen şirkətinin əməkdaşı kimi təqdim edib. Zeynalovun toruna 100-dən artıq adam düşüb. O, hamıya qısa müddətdə yeni qaz layihəsi çərçivəsində Qətərdə iş düzəltməyi vəd edib.

Ona müraciət edən hər kəsdən Zeynalov 700 manat pul alıb və izah edib ki, bu pul Qətərə göndəriləcək sənədlərin hazırlanmasına lazımdır. Əlbəttə ki, adamlar Qətərdə işləməyə müvəffəq olmayıblar və pullarını da geri ala bilməyiblər.

İlkin istintaq zamanı Zeynalov bildirib ki, topladığı pulları qəpiyinə kimi Munchen şirkətinin rəhbəri Rauf Həsənliyə verib.
Bununla yanaşı, sözügedən cinayət işinin istintaqında yeni detallar məlum olub. Belə ki, bu günə qədər aldadılmış şəxslərin sayı 150 nəfərə çatıb. Ən maraqlısı isə budur ki, Zeynalov bu fırıldağa əsaslı şəkildə hazırlaşıb. Əvvəlcə psixi çatışmazlığı olduğu barədə arayış alıb, sonra isə fırıldaqçılıqla məşğul olub.

Dələduz öz qurbanlarına Qətərdə saatı 10 manata iş təklif edib. Baxmayaraq ki, Azərbaycanda işçilər günə 20-25 manat pul alırlar. Zeynalov hərədən 700-800 manat istəyib. Hətta müştəriləri qaçırmamaq üçün 600 manata da razılaşıb. O, öz qurbanlarını 20 gün ərzində Qətərə göndərməyə söz verib.

"Zeynalov 150 nəfəri aldadıb, amma məsuliyyətə cəlb olunanda, özünü psixi çatışmazlığı olan şəxs kimi qələmə verib. Hazırda Zeynalovun "ruhi xəstə" olduğunu sübuta yetirmək üçün məhkəmə-tibbi ekspertiza təyin olunub" — deyə hüquq-mühafizə orqanlarından bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.