Xaləddin İsgəndərov Fazil Məmmədovun vəzifədən çıxarılmasının qisasını təbiətdən çıxır? - FOTOLAR

2-02-2018, 00:14           

Binəqədi rayonu, Azadlıq prospekti 188-də yerləşən binanın ətrafındakı ərazi satılıb, ağaclar isə "yaşıl soyqırıma” məruz qalıb.

teref.az xəbər verir ki, bu məlumatı bakupost-a həmin ərazidə yaşayan sakinlər verib. Onların sözlərinə görə, 2015-ci ildə Azadlıq prospekti 16-dakı binada yanğın hadisəsindən sonra ərazi bərpa edilərkən, burada da artezian quyusu qazılıb və ağaclar əkilib. Lakin 3 gündür, ağacların qırılması prosesi gedir. Ərazidəki ağaclar çıxarılıb və tikinti başlayıb.

Sakinlər bildirir ki, son bir neçə aydır ki, Binəqədidə qanunsuz tikintilər başlayıb. Belə ki, Azadlıq prospekti 188-də yerləşən binanın qarşısında ağaclar kökündən çıxarılıb və yerində tikinti başlayıb. Sözügedən bina Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasından 300 metr məsafədə yerləşir. Əhali icra hakimiyyətinə məsələ ilə bağlı müraciət etsə də, oradan bu tikintilərdən xəbərsiz olduqları cavabını alıblar.

"Öz evimizdə 2 daşı üst-üstə qoyan kimi icradan adamlar tökülüb gəlir. Amma icra hakimiyyətinin binasının qarşısında ağacları çıxarıb tikinti aparırlar, lakin müdaxilə edən yoxdur. Üstəlik deyirlər ki, xəbərimiz yoxdur. Biz deyirik, gəlib baxsınlar da, çox uzaqda deyil ki. Pəncərədən baxsalar görəcəklər. Amma baxmırlar. Biz də düşünür ki, icra nümayəndələri özləri həmin ərazini satıb və tikintiyə icazə verib. Yoxsa dərəbəylik deyil ki, kimsə gəlsin özbaşına ağac çıxarıb, tikinti aparsın…”

Xaləddin İsgəndərov Fazil Məmmədovun vəzifədən çıxarılmasının qisasını təbiətdən çıxır? - FOTOLAR




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.