Hacıbala Abutalıbovun “təmiz işləyən makleri” - Hacı Ramiz merin qohumu imiş

2-02-2018, 08:52           
Hacıbala Abutalıbovun “təmiz işləyən makleri” - Hacı Ramiz merin qohumu imiş
Hacıbala Abutalıbovun “təmiz işləyən makleri” - Hacı Ramiz merin qohumu imiş

Bakı Şəhər İcra Hakimiyyətinin “makler”i Hacı Ramiz kimi tanınan şəxs Hacıbala Abutalıbovun ən yaxın adamı və qohumu kimi tanınan BŞİH-in Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyevdir.


Ramiz Hacıyevindiyə kimi mətbuatın tənqid hədəfinə az hallarda çevrilib, çünki o, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə çalışdığı üçün “təmiz” işləyib...

Ötən günlərdə saytımızda paytaxt rayonlarında torpaq alıb ev tikmək istəyən vətəndaşlar, o cümlədən Bakıda çox mərtəbəli binalar tikmək istəyən MTK-ların əksəriyyəti işini “aşırmaq” üçün Hacı Ramiz adlı şəxsə müraciət etdikləri barədə məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Bakı Şəhər İcra Hakimiyyətində uzun illərdir ki, torpaq sahələrinin satılmasında və vətəndaşlara tikinti üçün icazənin verilməsi üçün böyük bir şəbəkə fəaliyyət göstərir. Bu şəbəkənin içində olan şəxslərdən biri isə Bakı Şəhər İcra Hakimiyyətinin işçisi olan Hacı Ramiz adlı şəxsdir. Məlumatda qeyd olunurdu ki, adını çəkdiyimiz şəxs torpaq və yaxud da tikinti izni almaq istəyən vətəndaşlardan aracılıq üçün 2000 min manat alır. Paytaxtın mərkəzi rayonlarında torpaq və tikinti izni almaq üçün Hacı Ramizin “maklerlik haqqı” 20-40 min manat arasında dəyişir. Bəzən isə Hacı Ramiz “maklerlik” fəaliyyəti” üçün 50 min manat tələb edir.

AzMedia.info Bakı Meriyasında “makler”lik edən Hacı Ramiz adlı şəxsin kimliyi vəzifəsi bağlı apardığı araşıdrmada ilginc məlumatlara sahib olub. Aldığımız məlumata görə meriyada Hacı Ramiz kimi tanınan “makler” Hacıbala Abutalıbovun ən yaxın adamı və qohumu kimi tanınan BŞİH-in Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyevdir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyevlə bağlı redaksiyamıza bir-birindən maraqlı məlumatlar daxil olub. Qeyd edək ki, departament rəhbəri indiyə kimi mətbuatın tənqid hədəfinə az hallarda çevrilib. Ancaq bu adamın rəhbərlik etdiyi qurumun Bakı şərəhərində yüzlərlə qanunsuz işlər həyata keçirtməsi ilə bağlı məlumatlar var.

AzMedia.info-ya daxil olan məlumata görə Hacı Ramiz Hacıyev bina tikintisi və torpaq alqı satqısı icazəsi üçün gördüyü işləri hər zaman təmiz həyata keçirib. Ramiz Hacıyevin “işini” təmiz həyata keçirtməsi onun birbaşa Bakı meri Hacıbala Abutalıbova yaxın olması ilə bağlayırlar.

Departament rəhbəri hər zaman yaxın ətrafının məclisində “işləri” Hacıbala Abutalıbovun əli ilə etdiyini və bun görə də işində heç bir problemin olmadığını bildirir.

Qeyd edək ki, Hacı ləqəbli Ramiz Hacıyevin rəhbərlik etdiyi BŞİH-in Ticarət və Xidmət Departamentində çoxlu sayda maliyyə maxinasiyalarının olduğu və onun bu işlərdən il ərzində milyonlar qazandığı iddia edilir. Mövzuya qayıdacağıq.

AzMedia.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.