Diaspor Komitəsinin daha bir qalmaqallı kadrı: - Qardaşının adı ermənilərlə işbirliyində hallanan Ümid Abuzərlinin taleyi necə olacaq?

8-05-2018, 10:29           
Diaspor Komitəsinin daha bir qalmaqallı kadrı: - Qardaşının adı ermənilərlə işbirliyində hallanan Ümid Abuzərlinin taleyi necə olacaq?
Prezident İlham Əliyevin seçkilərdən sonra vəzifədən kənarlaşdırdığı şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. N. İbrahimovun vəzifəsinin öhdəsindən uğurla gələ bilməməsini adi insanlar və aşağı ranqlı məmurlar deyil, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səsləndirib. Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Akademik daha sonra bildirib ki, Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib.

“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, – deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.

Akademikin bu açıqlamasından sonra Nazim İbrahimovla yanaşı, vəziyyətin bu səviyyəyə çatmasında günahkar olan digər şəxslər bağlı da mediada məlumatlar yayılmağa başladı. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini və Avropadakı diasporamızla işə birbaşa cavabdeh olan Ramin Məmmədov fəaliyyəti ilə bağlı ilginc məlumatlar mediaya sızmağa başladı.

Ancaq nədənsə Azərbaycan diasporunun bügünkü gücsüz duruma düşməsində “xidməti” olan digər şəxslər diqqətdən kənarda qaldı. Redaksiyamıza bu istiqamətdə daxil olan məlumatlarda qeyd olunur ki, Akademik Ramiz Mehdiyevin haqlı iradlarının ünvanlarından biri də komitənin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri Ümid Abuzərlidir. Seçkilərdən əvvəl və sonra bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı məkrli plan və hücumlarının qarşısının alınmaması, buna adekvat olaraq hər hansı təbliğat işinin qurulmaması heç şübhəsiz ki, Ü.Abuzərlinin fəaliyyətsizliyinin məntiqi yekunudur.

Kimdir Ümid Abuzərli?

Ümid Abuzərli Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunan Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğludur. Atası T.Kərimov başçı olarkən oğlunu deputat seçdirməyə nail ola bilməsə də, sonradan həmyerlisi və dostu Nazim İbrahimovun komitəsinə yerləşdirə bilmişdi.

Keçmiş başçı Tahir Kərimov da Azərbaycan ictimaiyyətinə tanış isimdir. O, rayonda tədbirlərin birində özünün şagirdlərin qızılgül çələnginin altından keçməsini təşkil etməklə sosial şəbəkələrin fenomeninə çevrilmişdi. Bu hadisədən sonra sosial şəbəkələrdə başçının şəkillərinə müxtəlif yanaşmalar olmuşdu. Bəziləri onu kral, bəziləri Şimali Koreya lideri Kim Çen Inın fanatı, kimiləri də şahzadə Mustafa ilə müqayisə etmişdilər. Məsələnin həddən artıq şişməsindən sonra Prezident T.Kərimovu vəzifədən azad edib.

Ü.Abuzərlinin qardaşı Həmzə Kərimov isə “SOCAR Rumıniya”nın prezidentidir. Mətbuatın yazdığı və indiyədək təkzib edilməyən xəbərlərə görə, onun adı bir çox qalmaqal və korrupsiya olaylarında hallanır. Məsələn teref.az saytı(http://teref.az/manset/30019-tahir-kerimovun-daha-bir-oglu-hebs-edildi-dda.html) yazır ki, sabiq icra başçısının oğlu Hәmzә Kәrimov, elәcә dә Tahir Kәrimovun baldızı oğlu Bayram adlı şәxs vә 2 Rumıniya vәtәndaşı SOCAR-la әlaqәli olan xarici şirkәtlәrlә әlaqәyә girәrәk maxinasiyalara imza atıblar:

“Deyilәnә görә, bu әmәliyyatın nәticәsindә 38 milyon mәnimsәnilib. Mәnimsәmә faktı ilә bağlı artıq 20 gündür ki, istintaq aparılır. Bununla bağlı olaraq Rumıniyada 3 vәtәndaş hәbs olunub. Hәmzә Kәrimovun isә Azәrbaycana qaçdığı bildirilir. Hәmçinin Tahir Kәrimovun digәr oğlu Tural Kәrimov da bu yeyintidә ittiham olunaraq iyun ayının 28-dә Rumıniya polisi tәrәfindәn hәbs olunub. Keçmiş icra başçısı 7 gündür ki, Rumıniyada vәkil tutaraq işin ört-basdır edilmәsinә çalışır. Mәnimsәnilәn pulun Hәmzә Kәrimova düşәn hissәsi 19 milyondan çoxu Tahir Kәrimov tәrәfindәn ödәnilib. Bununla bağlı oradan sorğu verilib. Sabiq mәmurun oğlu SOCAR-ın adından götürdüyü pulları öz işlәrinә sәrf edib. Mәlumatlı mәnbә vurğulayır ki, SOCAR-ın Rumıniyadakı nümayәndәliyinin rәhbәri mәnimsәdiyi vәsaitlәrlә özünә Almaniyada geniş biznes şәbәkәsi yaradıb. Bundan başqa, onun xaricdәn Azәrbaycana dәrman preparatları idxal etdiyi dә yayılan mәlumatlar arasındadır.
Mәnbәmiz vurğulayır ki, Tahir Kәrimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissәsilә ölkә daxilindә biznes imperiyası yaradıb. Nәzәrinizә çatdıraq ki, Hәmzә Kәrimovun ortaqlarından biri milliyyәtcә ermәni olan Nersesyan Eduard (Edik-red) adlı şәxs olub. Әldә olunan gәlirlәrin çox hissәsini Hәmzә Kәrimov İrәvanda biznes açmaq üçün Nersesyana verib. Bu isә әn böyük cinayәt hesab olunur”.

İnanırıq ki, özü Akademik Ramiz Mehdiyevin haqlı və ağır iradlarının hədəfi olan, qardaşının adı isə ermənilərlə işbirliyində hallanan Ümid Abuzərli yeni sədr təyinatından sonra öz işlərinə daha çox zaman ayıracaq.
//Editor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.