Süleyman Mikayılovun işi araşdırılır - ilginc gəlişmə

9-05-2018, 00:17           
Süleyman Mikayılovun işi araşdırılır - ilginc gəlişmə
Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovun fəaliyyəti araşdırılacaq. Bu barədə DİA.AZ-a hökumətdəki mənbə məlumt verib. Xəbəri verən qaynaq iddia edir ki, bu günlərdə sözügedən RİH-ə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin göndərilməsi nəzərdə tutulub.

Qaynaq iddia edir ki, ekspertlər büdcə vəsaitlərinin xərclənməsi, habelə rayona abadlıq-quruculuq işləri üçün ayrılan pulların xərclənməsini təftiş edəcək. Mənbənin dia.az-a söylədikləri:

"Təbii ki, istənilən rayon rəhbərinin maliyyə fəaliyyətinin araşdırlması onun üçün yaxşı nələrisə vəd etmir. Bu həm də o deməkdir ki, artıq "qələmi qırılıb". Amma burada bir məqam daha çox diqqətçəkəndir. Süleyman Mikayılov himayə altında olan icra başçısıdır və əgər onun barəsində genişmiqyaslı maliyyə təftişi qərarı verilirsə, deməli, himayədarın da gücü yetərsizdir".

Dia.az xatırladır ki, son günlər Süleyman Mikayılovun adı Avropadakı xəyanətkar mühacir şəbəkəsinə başçılıq edən "Quska" ləqəbli Hüseyn Abdullayevlə də qoşa çəkilməkdədir və onun "Quska"lı keçmişi gündəmin prioritet mövzusuna çevrilib. Qeyd edək ki, bu yöndə redaksiyamızın ilginc məlumatları da var ki, həftə ərzində bu barədə də sizləri tanış edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.