Nazirə dosye: oğlu polis bıçaqlayır, köməkçisi üç müfəttişlə pul yığır - Beyləqanda...
9-05-2018, 00:49
Təhsil naziri Ceyhun Bayramovdan gözləntilərdən biri də təhsil şöbələrinə əl gəzdirəcəyi ümididir. Rayon təhsil müdirləri məktəblərdə “qan uddurur”
FİA.Az xəbər verir ki, Beyləqan təhsil şefi Xuraman Rüstəmovanı əvəzləyən Hüsaməddin Babayev onlardan biridir. H.Babayev barəsində yeni nazirə məlumat verilib.
Bildirilib ki, müvəqqəti olaraq təhsil müdiri işləyən Babayevin işindən kənarlaşdırılmasına və yerinə sərəncam verilməsinə arzu olunur. C.Bayramova yazan bir qrup beyləqanlı mətbuat vasitəsi ilə nazirdən kömək istəyir.
Onların cianews.info-ya verdiyi məlumatda bildirilir ki, H.Babayevin şöbəyə müdir əvəzi təyinatından qısa müddət sonra “meydan sulayıb”.
TŞ-nin müfəttişləri Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük şəhər və kənd məktəblərinin kütləvi yoxlanılmasına start veriblər.
Rayon təhsil şöbəsinin müdir əvəzinin müvafiq göstərişi ilə başladılan yoxlama kampaniyası əsasən pul tələsidir.
Belə ki, hər üç müfəttiş "yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq müdir əvəzinin göstərişinə əsasən 300, 500 və 1000 manatlıq "hörmət" tələb edirlər.
Məktəb direktorları Hüsaməddin Babayevin yoxlamasını öz aralarında "P əməliyyatı" adlandırırlar.
H.Babayevin məktəb direktorlarının təbirincə desək, "P əməliyyatından" rayon TŞ-nin müdiri Xuraman Rüstəmovanın xəbəri yoxdur.
FİA.Az xəbər verir ki, Tofiq Sadıqovun bərbad günə saldığı və beyləqanlı uşaqların gələcəyini məhv etdiyi Beyləqan təhsilinin üzünə gün doğmur.
Tofiq Sadıqovun yerinə gələn Xuraman Rüstəmova sələfindən betər həkildə Beyləqan təhsilini məhv etməyə çalışır.
Xuraman Rüstəmova Beyləqan Təhsil şöbəsinin müdiri kürsüsünə əyləşir-əyləşməz ilk işi direktorlardan kütləvi şəkildə pul tələb etməsi olub.
Xanım müdirə bu tələbini Beyləqan Təhsil şöbəsinin müdiri vəzifəsini almaq üçün verdiyi rüşvətin yerini doldurmaqla əsaslandırır və bunu gizlətmir də.
Onu əvəzləyən H.Babayev də sələflərinin yolunu davam etdirir. Təhsil şöbəsinin müdiri məsələsində Beyləqanın bəxti heç gətirmir.
Bir qısa müddət öncə Beyləqan Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov vəzifədən alındıqdan sonra bir çoxları elə güman elədi ki, uzun illər boyu Tofiq Sadıqovun rəhbərliyi altında bərbad vəziyyətə düşən Beyləqan təhsilində nəhayət ki, hansısa normal bir prosseslər yaranacaq.
Çünki uzun illər boyuTofiq Sadıqovun rəhbərliyi altında Beyləqanda təhsil adına sadəcə məktəb binaları qalmışdı desək səhv etmərik.
Bu məktəblərin vəziyyəti hələlik bu yazımızın mövzusu deyil, amma doğurdan da Beyləqanda təhsilin səviyyəsi bərdad və Azərbaycanda ən aşağı səviyyədə olması heç kimdə şübhə doğurmur.
Xüsusilə beyləqanlılara bunu yaxşı bilir. Çünki Tofiq Sadıqovun 20 illik fəaliyyəti faktiki olaraq beyləqanlı uhaqların uşaqların gələcəyini məhv etməklə nəticələnib.
FİA.Az yazır ki, ümumiyyətlə, Beyləqan nazirdən yeni təyinat gözləyir. Çünki rayon təhsili təcili dirçəlməlidir.
Çünki martın 10-da həmkarını bıçaqlayan polis oğluna görə Beyləqan rayon Təhsil Şöbəsi direktoru Xuraman Rüstəmova vəzifəsindən çıxarıla bilər.
H.Babayev də yola salınmalıdır. Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb və fakt rəsmi şəkildə təsdiqlənib.
Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov criminal.az-a bildirib ki, yol polis əməkdaşı kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.
Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.
Təhsil naziri olmuş Mikayıl Cabbarov vergi naziri təyin edildikdən sonra X.Rüstəmovanın dayaqları sarsılıb.
Xuraman Rüstəmovanın Beyləqan rayon Təhsil Şöbəsinə müdir təyinatı demək olar ki, bu rayonda təhsilin onsuz da qeyri-qənaətbəxş olan ümumi vəziyyətini daha aşağı səviyyəyə saldı.
FİA.Az yazır ki, Xuraman Rüstəmovanın təhsilə müdir gəlişi heç də beyləqanlılara düşərli olmadı. Mediada gedən xəbərlərə görə, Beyləqan rayonunda müqavilə ilə çalışan 300-ə yaxın müəllim var.
Deməli, onların hər birindən yeni müqavilə bağlanılması üçün alınan rüşvət məbləğini 500 manatdan hesablasaq, toplam 150 min manat pul edir ki, bunu da xanım Rüstəmova cibinə qoyub.
Daha 35 müəllimin Təhsil Nazirliyində vacib prosedurlardan keçmədən yalnız Xuraman Rüstəmovanın "rüşvət attestatsiyasından" kecərək işlə təmin olunması isə onlara 2000-3000 min manat civarında başa gəlib.
Təkcə internet resurslarında X. Rüstəmova barəsində axtarış etmək və saytlardakı xəbər başlıqlarına göz atmaq kifayətdir ki, RTŞ müdirinin fəaliyyətinə necə qiymət verilməsi haqda təsəvvürlər dəqiqləşsin.
Gəlin, həmin sərlövhələrə bir də nəzər salaq: “Təhsil Şöbəsinin müdiri Vaqif Abdullayevin adından pul yığır…”; “Beyləqan təhsili qan ağlayır”; “Təhsil terrorçusu: Xuraman Rüstəmova Beyləqan təhsilini…”; “Şok: Təhsil müdirəsi Xuraman Rüstəmovanın keçmişdəki biabırçılığı…”; “Vaqif Abdullayevin son “tryuk”u – Mikayıl Cabbarovun kadrı Beyləqan əhallisinə niyə acıq verir?” və s.
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.