Tenqriçilikdə “Atalar Kültü”
4-03-2019, 10:02
Dünyaya necə gəldik, şəxsi olaraq ilk səbəb nə idi? Uca Göy Tenqridən sonra yaşamımızı ATALARIMIZA borcluyuq.
Atalar kültü nə deməkdir?
İndi yaşayırıqsa, bu yazını oxuyuruqsa bunu atalarımıza borcluyuq. Atalar Kültü isə borclu olduğumuz bu ataların ruhlarını gücləndirm, onların gücünü və dəstəyini ruhumuzda, yaşamımızda hissetmə yoludur. Bu gün Türklərin böyük qismi müsəlman olsa belə “Atalar Kültü” inancı davam edir. Ölən adamın arxasınca etdiyimiz dualar, qurduğumuz məktəblər, bulaqlar, anıtlar, ölən atalarımızın şərəfinə verdiyimiz ehsanlar, kəsdiyimiz qurbanlar və hətta ölən yaxınımız üçün adının yazılı olduğu məzar daşı tidkirməyimiz İslam adəti deyildir. Tamamilə Atalar Kültünə dəyanan adətdir.
Atalar Kültünə görə nə etməliyik?
Tenqriçi dünya görüşünə görə, Tenqri ilə güclü əlaqə qurmaq üçün Tenqriyə uçan ata ruhlarını gücləndirməyimiz, onları yad etməliyik. Atalarımız bizim yaşam dəstəkçimizdir. Atalarımız həyattaykən bizim maddi bədənimizi qoruyar, qollar dəstək olar. Atalarımız öldüyündə isə ruhumuzu və mənəvi dünyamızı qoruyarlar.
Atalar Kültünü özətləsək
Yaşayarkən şərəfimizlə yaşamaq, məsuliyyət sahibi olmaq, yaxşı insan olmalıyıq. Əgər şərəfli bir yaşam sürməzsək, ətrafımız, uşaqlarımız, ailəmiz tərəfindən yaxşı bir kişi olaraq tanınmasaq öldükdə ruhumuz aydınlanmaz və rahat olmarıq heç cür.
Axirətdə sorğu-sual olunmayacayıq amma öləndə ruhumuzun rahat olması üçün dünyadan sevgi, müsbət enerji ruhumuza çatmalıdır. Etdiyimiz pisliklərlə anılmaq istəmiriksə yaxşı bir yaşam sürməliyik. Əkdiyimiz bir ağac, kömək etdiyimiz bir şey bizim ruhumuzun ölümdən sonraki yaşamını rahatlada bilər. Ən önəmlisi yaxşı bir insan olmaqdır.
Atakar kültünə görə atalarımız bizin qanımızdan axan gücdür. Ruhumuzun bir parçasıdır. Bu güc ilə bağlantıya keçmək üçün ataları yad etmək, onlar üçün xeyir işləmək, məclislər keçirtmək, ehsanlar vermək lazımdır.
Böyük işlər görmüş olan Türk atalarımız, çox kişi tərəfindən yad edildiyi üçün ən güclü ruhlardır. Böyük insanların türbələrində, məzarları başlarında onlarla söhbət etmək onlar üçün yaxşılıq etmək həm o ata ruhlarının güclənməsini, həm də öz işlərimizin uğurlu olmasını təmin edəcəkdir.
Türklərin minlərcə ildir türbələrə, qəbirlərə getməsinin əlbəttə bir səbəbi vardır. Bunlar boş və batil inanclar deyil. İslama baxmayaraq bizlər bu ənənəni yaşadırsaq yəqin ki, faydasını gördüymüzdən və ağlımızda qaldığından yaşadırıq.
Yaxşı bir həyat yaşa, öləndə güclü bir ata ruhuna çevril. Ölüm sonrası ruhun rahat olsun.
Yeddi nəsil öncəki atalarıvı öyrən, onların adını an və onların adına yaxşılıqlar et. Yemək ver, qurban kəs, atalarını uşaqlarına öyrət.
Ataları ilə bağı qovmuş bir millət bədbəxt bir millətdir.
Ayaqlaırnı yerə sağlam basmaq üçün köküvü öyrən, əsla unutma. Dünyaya sənin gəlməni istəyən atalarıva çox şey borclusan!
Bütün həyatın boyu gözəl yaşam sürmək istəyirsənsə atlarıvı daim yad et.
Ulu Tenqri bizlərə güc versin, ata ruhlarımız bizləri qorusun, bizləri gücləndirsin, atalarımız daim bizlərdən razı qalsın, daim onların ruhun şad edək.
Murad Abbas
Teref.az