"3 il müharibədə can qoymuşam, amma..." - GƏNCƏ SAKİNİ 30 İLDİR VETERAN STATUSU ALA BİLMİR / VİDEO

30-04-2024, 09:41           
"3 il müharibədə can qoymuşam, amma..." -
Gəncə şəhər sakini Həsənov Arzu Məqsəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 1993-1995-ci illərdə müharibədə olub, lakin 30 ildir veteran statusu ala bilmir:

“Mən, Həsənov Arzu Məqsəd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

30 ildir veteranlığımı ala bilmirəm. Yazmadığım, müraciət etmədiyim qurum qalmayıb. Hər ay iynə-dərman qəbul edirəm. 3 il müharibədə olmuşam, canımı qoymuşam. Hal-hazırdada səhhətimdə problem çoxdur.

Bundan əlavə, Məşğulluq İdarəsindəndə qeydiyyatdan keçmişəm. Məşğulluq İdarəsindən gələn nümayəndələr evə baxış keçirdi, həyətdə olan tövləni də yazdılar. 15-20 gün sonra yenidən cavab üçün müraciət etdikdə, bildirdilər ki, sənin şəraitin olmadığına görə sənə heyvan düşmür. Həyətdə tövləm var, nəyini bəyənməyiblər, bilmədik. Heyvanlar üçün villa tikməliyəm? Bəlkə həmin gün 50-dən çox şəkil çəkdilər, Sahil Babayev o şəkillərə baxanda tövləni niyə görməyib, görəsən?"
Şikayətçinin saytımıza göndərdiyi video-müraciəti olduğu kimi sizlərə təqdim edirik.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru