Türkiyədə bu sosial şəbəkə qadağan edildi

30-04-2024, 10:14           
Türkiyədə bu sosial şəbəkə qadağan edildi
“Threads” sosial şəbəkəsi bu gündən Türkiyədə əlçatan deyil.

“Unikal” xəbər verir ki, aprelin 15-də sosial şəbəkə öz istifadəçilərini Türkiyə antiinhisar tənzimləyicisinin qərarı ilə aprelin 29-dan etibarən Türkiyədə fəaliyyətinin dayandırılması barədə xəbərdar edib.

İstifadəçi profilləri deaktiv ediləcək. Sosial şəbəkə VPN xidmətləri vasitəsilə də açılmır.

Meta rəhbərliyi açıqlama yayıb ki, “Threads” fəaliyyətini bərpa edərsə, profili “deaktiv etmək” seçimini seçməklə istifadəçi mesajları yenidən əlçatan olacaq.

Türkiyə Rəqabət Şurası martın 18-də tənzimləyici orqanın “Instagram” və “Threads” sosial media profillərinin birləşməsinin şirkətin reklam bazarındakı dominant mövqeyindən sui-istifadəyə səbəb olmasına dair qərarından sonra Meta-ya qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər və cərimə tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru