Başkəndin ərazi mübadiləsi əsasında Ermənistana verilməsi təklifi Azərbaycanın maraqlarına ziddir...

30-04-2024, 08:08           
Başkəndin ərazi mübadiləsi əsasında Ermənistana verilməsi təklifi Azərbaycanın maraqlarına ziddir...
Başkəndin (Gədəbəydə) ərazi mübadiləsi əsasında Ermənistana verilməsi təklifi Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və onların toxunulmazlığının təmin edilməsi prinsiplərinə ziddir.
Başkəndin strateji əhəmiyyətinin olmaması fikri isə ya naşılıq əlamətidir ya da qəsdən ortaya atılmış fikirdir.
Başkəndin strateji qiyməti:
- Yaxın kəndlərlə coğrafi əlaqə,
- Əhalinin təhlükəsiz zonada yaşaması,
- Hərbi nöqteyi-nəzərdən taktiki üstünlüklər qazandırmağın işığında daha yaxşı görünməlidir.
Bir sözlə, Başkənd həmin istiqamətdə Ermənistanla sərhəd nöqtələrə üstün nəzarət və mümkün risklər zamanı operativ müdaxilə qabiliyyətini artıran imkanlar verir.
Ümumilikdə isə Başkəndi Ermənistana az qala hədiyyə etmək təklifi Azərbaycanın qalibiyyət rejimindəki geosiyasi genişlənməsinə zidd açıqlamadır.
Bu fikrin müdafiəsi müharibədə və ondan sonrakı dövrlərdə böyük taktiki və strateji aktivlərə yiyələnən Azərbaycanın qalibiyyətinə uyğun olmayan təslimçi bir mövqedir.
Akşin Kərimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru