Futbol üzrə Özbəkistan millisi ilk dəfə Olimpiadaya vəsiqə qazanıb

30-04-2024, 10:37           
Futbol üzrə Özbəkistan millisi ilk dəfə Olimpiadaya vəsiqə qazanıb
Futbol üzrə Özbəkistan yığması 23 yaşadək futbolçular arasında Asiya Kubokunun yarımfinalında İndoneziya yığmasını 2:0 hesabı ilə məğlub edərək Paris Olimpiadasına vəsiqə qazanıb. Yarış Qətərdə keçirilir.

Asiya Kubokunun nəticələrinə əsasən üç ən yaxşı komanda Olimpiya turnirinə vəsiqə qazanacaq.

Özbəkistan komandası turnirin finalında mayın 3-də Yaponiya və İraq yığmaları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq. Özbəklər qalib gəlsələr, Paraqvay, Mali və İsrail komandaları ilə eyni qrupa düşəcəklər. Özbəkistan komandası məğlub olacağı təqdirdə ispanlar, misirlilər və dominikanlarla qarşılaşacaq.
Qeyd edək ki, Özbəkistan millisi ilk dəfə Olimpiadada çıxış edəcək. Futbol üzrə Olimpiya turniri iyulun 24-dən avqustun 10-dək Fransanın yeddi şəhərində keçiriləcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru