“TikTok” Avropa İttifaqında bloklana bilər

30-04-2024, 10:40           
“TikTok” Avropa İttifaqında bloklana bilər
TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.

İndex.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

“Bu, istisna deyil”- deyə, o bildirib. Von der Leyen xatırladıb ki, AK öz işçilərinə iş telefonlarına “TikTok” quraşdırmağı qadağan edən dünyada ilk təşkilat olub.

Keçən həftə “TikTok” istifadəçilərin mükafatlandırma proqramını dayandırıb. Bu addıma səbəb Avropa Komissiyasının növbəti xəbərdarlığı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru