Keçmiş muxtar yeni muxtarı öldürdü: Su pulu üstündə

30-04-2024, 09:34           
Keçmiş muxtar yeni muxtarı öldürdü: Su pulu üstündə
Kastamonuda su pulu üstündə mübahisə zamanı bir şəxs kənd muxtarını tapança ilə vuraraq öldürüb.

Hadisə Kastamonu Mərkəzi rayonu, Kuzyaka kəndinin Bəylər məhəlləsində baş verib. Əldə edilən məlumata görə, Kuzyaka kəndi muxtarı Mehmet Başoğlunun məhəllədəki evlərdən su faktura ödənişi almaq istədiyi iddia edilib. 2014-2019-cu illər arasında eyni kəndin muxtarı olan Mehmet Depişgen Başoğlunun su pulunu ödəməyəcəyini bildirib.

Bu səbəbdən Depişgenlə Başoğlu arasında telefonda mübahisə düşüb. Başoğlu mübahisədən sonra su pulunu ödəmək üçün məhəllədə yaşayan vətəndaşın evinə gedib. Bu vaxt Depişgen Başoğlunun olduğu evin qarşısına gələrək ov tüfəngindən atəş açıb. Bağda gözləyən zaman güllələrə tuş gələn Başoğlu hadisə yerində dünyasını dəyişib.

Digər tərəfdən, jandarma qrupları 2014-2019-cu illər arasında eyni kəndin muxtarı olmuş qətl şübhəlisi Mehmet Depişgenin tutulması üçün işlərə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.