Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

30-04-2024, 08:49           
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
Fransa Milli Assambleyası 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirilyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatını qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı.

"Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların Assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru