Məşhur futbolçu "İnter"dən ayrılır

30-04-2024, 10:08           
Məşhur futbolçu "İnter"dən ayrılır
İtaliyanın “İnter” komandasının aparıcı futbolçularından biri mövsümün sonunda komandadan ayrılacaq.

Referans.az xəbər verir ki, çilili hücumçu Aleksis Sançes Milan təmsilçisini tərk edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 36 yaşlı oyunçu ilə yayda başa çatacaq müqavilə yenilənməyəcək.

Qeyd edək ki, Aleksis Sançes İtaliya nəhənginin heyətində iki dəfə İtaliya çempionu, ölkə kuboku və Superkubokunun qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru