"AZƏRİQAZ" İstehsalat Birliyinin işçiyə verdiyi bu cavabını əsaslı və qanuni hesab etmirəm

30-04-2024, 08:54           
"AZƏRİQAZ" İstehsalat Birliyinin işçiyə verdiyi bu cavabını əsaslı və qanuni hesab etmirəm
"AZƏRİQAZ" İstehsalat Birliyinin işçiyə verdiyi bu cavabını əsaslı və qanuni hesab etmirəm:
NHMT sədri Mirvari x. Qəhrəmanlı:"Azəriqaz" İstehsalat Birliyində: eyni şöbədə çalışan iki işçi (biri qadın olmaqla) tarif dərəcəsinin artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib. Hər ikisi də eyni balı toplayıb: 20 bal. İmtahanda iştirak edəndən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay çalışır. "Azəriqazda" iş stajı cəmi 17 il. Nəticədə xanım yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın "niyə", və "hansı meyar və kriteriyalar əsas götürülüb" kimi suallarına cavab verilmir Bu halda sual: "Azəriqaz" İB, seçim zamanı hansı amillərə və meyarlara üstünlük verib?
Azəriqaz İB: AR Əmək Məcəlləsinin 156.3- cü hissəsinə görə işçilərə növbəti əməyin ödənilməsi və ixtisas dərəcəsinin verilməsi növbəli və ya növbədənkənar artırıla bilər. Birliyin İdarəetmə Aparatının müvafiq struktur bölməsində yaranmış vakant yer üzrə bir aşağı dərəcədə işləyən ən yüksək eyni dərəcəli mütəxəssislərin hər ikisinin namizədliyinə birlikdə baxılmış, onların hər ikisi kvalifikasiya tələblərini (təhsil və iş stajı baxımından) ödədikləri üçün biliklərin yoxlanılması imtahanına cəlb edilmişdir. Əməkdaşlarımızın hər ikisi 20/20 bal toplamışdır. Vakant yer sayı bir vahid, namizəd sayı iki nəfər olduğu üçün işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156. 3-cü hissəsi ilə ona verilmiş hüquqlarından istifadə edərək mülahizəsinə əsasən əməkdaşların birinə birinci növbədə növbəti əməyin ödənilməsi dərəcəsini vermiş, digər əməkdaşı isə Kadr Ehtiyatı Bazasına daxil etmişdir. Məlumat üçün bildiririk ki, Kadr Ehtiyatı Bazasına daxil edilmiş namizədlərin imtahan tarixindən etibarən bir il müddətində həmin struktur bölmədə vakant yer yarandıqca növbəlilik əsasında yerləşdirilməsi təmin edilir. Yeri gəlmişkən, həmin struktur bölmədə bu dövrdə daha bir vakant yerin yaranması gözlənilir. Həmin yer yarandıqda digər əməkdaşa növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi təmin olunacaq.
NHMT sədri M. Qəhrəmanlı: "Azəriqaz" İB-yi verdiyiniz bu cavab - verilən sualı tam əhatə etmir. Əlbəttə, işəgötürənin işçini - işdə irəli çəkmək kimi hüquqi vardır. Təşkilatımız da buna ancaq sevinə bilər. Qüvvədə olan AR-n Əmək Məcəlləsində bu barədə kifayət qədər maddi və digər hüquq normaları vardlr. İşçi və ya biz bunu, yəni, işçinin irəli çəkilib, taarif dərəcəsinin artırılmasını mübahisə etmirik ki. lakin, burada əsas sual ondan ibarətdir ki, nədən eyni bal toplamış işçilərdən birinə üstünlük verilib, xanım işçi hansı meyarlara, hansı kriteriyalara əsasən, hətta iş stajı çox olduğu bu halda belə irəli çəkilmir. Bu halda Diskriminasiya hallarına yol verilibmi, burada qohumbazlıq, tanışlıq və sair hallar varmı ?
NHMT hüquqşünası Azər Quliyev: "Azəriqaz" İB-yi. Burada bir işçinin, əmək funksiyaları və digər əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar üstünlükləri, peşəkarlıq, staj və sair digər üstün meyarları əsaslandırılmalıdır. Bir işçinin digər işçiyə qarşı olan əsaslandırılmış üstünlükləri. Belə bir üstünlük və ya digər meyarlar olmadan bu qaydada əsaslandırma düzgün deyil və ayrı seçkilik hesab olunur. Qeyd olunan cavab qanuni deyil, AR Əmək Məcəlləsinin 16-cı maddəsinin pozulması və diskriminasiyadır.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.