Hüseyn Cavidin İblis əsərindəki Elxan obrazı ölməz Ataturkdür!
15-08-2019, 09:24
Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etmişdi. Bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi.
Sibirə səfərə göndərilən heyət ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrəndi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.
Sibirdə olarkən Cavidin sakini olduğu əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar mövcud idi. Eyni zamanda bildirilirdi ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüz, həm də təhlükəlidir. Müəyyən çətinliklərdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. 1941-ci ildə Cavidin sakini olduğu islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola qətiyyətlə bildiridi ki, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb. Heyət oktyabrın 21-də Şevçenko kəndinə çatdı. Kənd 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldıqdan sonra iki saat davam edən axtarış nəticəsində Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri taparaq onun açılması üçün sanksiya imzalandı və Cavidin qəbri qazıldı.
Planlaşdırdığı kimi Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Naxçıvana qayıtmalı idi. İrkutskdan Moskvaya uçarkən Heydər Əliyevin göstərişi ilə oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız. Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Buna səbəb Cavidin nəşinin İrəvandan keçməməli olması idi.
Bütün bu çətinliklərə baxmayaraq, 40 min qəbirin arasından tapılan Hüseyn Cavidin nəşi 1982-ci il oktyabrın 26-da Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilirək evinin qarşısında dəfn olundu.
Atatürk: Hüseyn Cavidin "İblis"əsərindəki Elxan obrazı elə mənəm"