Bu gün Kəbənin14 gün girov saxlandığı məşhur Məkkə terrorunun 43-cü ildönümüdür
20-11-2022, 12:47
Bu hadisə 1979-cu ildə baş verdi.
TEREF.AZ yazır ki, cümə namazından sonra Cüheyman əl-Üteybinin rəhbərliyi ilə 500-ə yaxın islamçı əvvəlcədən tabutlarla gətirdikləri silahlarla silahlanaraq, Kəbəni ələ keçirdilər
Terrorçuların Mehdi hesab etdikləri Məhəmməd əl-Kəhtanı Kəbə divarına qalxıb İslam dünyasına xilaskar göndərildiyini, müqəddəs torpağa azadlıq gətirdiyini elan etdi
Terrorçular Kəbənin azan verilən minarələrində və bütün digər əlverişli mövqe tutdular
Həcc vaxtı olduğu üçün Kəbədə həccə toplaşmış ən azı 50000 hacı girov götürüldü, sonradan onlardan çoxu azad edilib, 7000-ə yaxın hacı girov kimi saxlandı
Terrorçuların əsas tələbi Səudiyyədə şəriət dövlətinin qurulması, Amerika və İsraillə əlaqələrin kəsilməsi, onlarla əlaqədə olanları ölkədən qovulması idi
İlk günlər terrorçuların işi pis getmədi...
...Terrorçular yaxşı bilirdilər ki, müsəlmanlar onların tərəfində olacaq
Həqiqətən də tezliklə ərəblər Məkkə küçələrinə çıxıb, kralın istefasını, hakimiyyətin xoşluqla təzə Mehdiyə təhvil verilməsini tələb etdilər
Bütün İslam dünyası ayağa qalxdı...
Pakistanda müsəlmanlar küçələrə çıxıb, Amerika səfirliyinə od vurub yandırdılar, səfirlik işçilərini öldürdülər... Liviyada müsəlmanlar Amerika səfirliyinə od vurub, yandırdı
Avam müsəlmanlar nəhayət ki, Allahın Mehdisinin gəldiyini güman edib sevindilər, nəzirlər kəsdilər...
Hətta Səudiyyə kralının əsgərləri də Cüheymanın dəstəsinə hücum etməkdən imtina edir, könülsüz döyüşürdülər.
Kral əlacsız qalmışdı
Kral yaxşı bilirdi ki, Quran adlı nağıldakı kimi Allah Məkkəni xilas etmək üçün Əbabil quşları zad göndərməcək
Nağıldakı Əbabil quşlarını əsl həyatda Fransa əsgərləri əvəz etdilər
Kral Fransa hərbçilərini köməyə çağırdı
Allahın ən müqəddəs məkanına kafir əsgərləri hesab edilən fransızların daxil olmasına don geydirmək üçün isə, onların hamısının guya İslamı qəbul etdikləri elan edildi
Beləcə Fransız kapitan Pol Barrilin komandanlığı ilə Fransa xüsusi təyinatları tezliklə məsələni həll etdilər
Kəbənin birbaşa ortasına desant salındı
Terrorçular müqavimət göstərərək, döyüşə-döyüşə Zəm-Zəm quyularına sığındılar.
Döyüş vaxtı terrorçuların Mehdi hesab edib, inandıqları Məhəmməd əl-Kəhtanı öldürüldü... Yalnız bundan sonra müsəlmanlar Kəhtanının Mehdi olmadığını, adi adam olduğunu anlayıb, müqaviməti zəiflətdilər
Fransız əsgərləri Zəm-Zəm quyularına baş gicəlləndirici qaz buraxıb, terrorçuların bir çoxunu diri tutdular
Dekabrın 4-də Kəbənin azad edildiyi, terrorçulardan tam təmizləndiyi elan edildi
1 ay sonra isə, Cüheyman əl-Üteybi də daxil olmaqla 68 nəfər islamçı Səudiyyənin 8 şəhərində edam edildilər
Beləcə bir çox müsəlmanların qəhrəman hesab etdikləri Cüheymanın və onun Mehdisinin terroru məğlub oldu
Onu da əlavə edim ki, Səudiyyə hakimiyyəti bu terrorda İranda təzə hakimiyyətə gəlmiş Xomeynini taxsırlandırsa da, hər halda bu məsələ hələ də mübahisəlidir
Mən bütün oxucuları və bütün müsəlmanları bu gün Kəbəyə hücumu yada salıb, nəticə çıxarmağa dəvət edirəm
Və sonda:
Həmişə hardasa bir İslam terroru baş verdikdə bunu Amerika, İsraillə əlaqələndirirlər...
Amma unutmayaq ki, İslam dünyasında baş verən ən böyük terrorlar elə Amerika və İsrailə qarşı olur
Məncə hər bir vəhşilikdən sonra Amerika və İsrailə qarşı nifrəti çoxaltmaq əvəzinə, düşünüb, səbəbini axtarıb, düzgün nəticə çıxarmağa çalışsaq, daha yaxşı olar
Bir də əlavə edim ki, o Kəbə, o Zəm-Zəm quyuları tarix boyu çox vəhşiliklərə şahid olub
Hücum edən də müsəlman olub, ölən də, öldürən də...
692-ci ildə bir vaxtlar Məhəmmədin ən yaxın səhabələrindən biri Zubeyr ibn Əvvamın oğlu Abdullah ibn Zubeyr qaçıb Kəbəyə sığındı, orda Allahın onu qoruyacağını düşündü.
Amma müsəlmanlar mancanaqla Kəbə qapısını sındırıb, onu öldürdülər
929-cu ildə isə Kərmaçilərin lideri Abu Tahir hacıların hamısını tutub, Zəm-Zəm quyularına doldurdu, qapağını da bağlatdı.
Hacılar orda qalıb ölüb Zəm-Zəm suyuna qarışdılar
Gördüyünüz kimi...
Teref.az