Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyəti

27-05-2023, 00:09           
Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyəti
Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədibin əsərinin əsas qəhrəmanı Vaqifdir, hadisələr onun ətrafında cərəyan edir. Səməd Vurğun “Vaqif” dramında onu vəzir, şair, əyilməz bir şəxsiyyət kimi təqdim edir. Əsərdə Vaqifin xalq arasında hörmətindən, şöhrətindən, saraydan şikayətindən, nüfuzundan, diplomatik hünərindən, cəsarətindən, kəskin zəkasından geniş bəhs olunur. Səməd Vurğun Vaqifin qəzəl və qoşmalarının məclislərdə ifa etməsini, xalqın ona olan böyük məhəbbətini çox yüksək qiymətləndirmişdir. Səməd Vurğun “Vaqif” dramında oxucuya göstərir ki, Vaqifin şeirləri Azərbaycan xalqının mənəvi sərvətidir. Vaqif xarakter olaraq, təbiəti və gözəllikləri vəsf edən, gözəlliyə vurğun, xeyir işə, şadlığa can atan, insanları azad və xoşbəxt görmək istəyən, şairlik əzəmətini uca tutan, insanlıq ləyaqətini hər şeydən önəmli sayan, mənən sadə və zəngin olan, düşmən qarşısında xalqı tək qoymayan, xalq hikmətini dəyərləndirən, məğrur və əyilməz insanları qiymətləndirən, təcrübəli, əyilməz, məğrur durmağı bacaran biri kimi təsvir olunmuşdur. Vaqif əsərdə vətənpərvər, humanist keyfiyyətlərə sahib insan kimi dəyərləndirilir. Səməd Vurğun Vaqifi əsərində əyilməz vicdanın böyük heykəli kimi təqdim edir. Vaqif xarici işğalçılara qarşı mübarizədə xalqını əsla tək, yalnız qoymur. O, əsərdə düşmənə qarşı barışmaz mövqe alaraq, aparıcı qüvvə kimi çıxış edir. Əsərdə Vaqif Azərbaycan xalqının siması kimi təqdim olunur. Səməd Vurğunun Vaqifə Azərbaycan xalqına göstərdiyi xidmətlərə görə böyük hörməti vardı və bu hörmətidə əsərində çox gözəl bir şəkildə əks etdirə bilmişdir. Səməd Vurğunun "Vaqif" əsərini yazmaqda bir məqsədi də o idi ki, Azərbaycan xalqının dəyərli oğlu olan Molla Pənah Vaqifin şəxsiyyətini tanıtdırsın və ona olan sevgisini bir əsərində cəmləşdirsin. Səməd Vurğunun "Vaqif" əsəri Molla Pənah Vaqifin şöhrətini xalq arasında, ədəbiyyatçılar, ziyalılar, şeir pərəstişkarları arasında çox yüksəklərə qaldırdı. Səməd Vurğunun əsas məqsədi o idi ki, Vaqifin şeirlərini, XVIII əsrdə Azərbaycan ədəbiyyatındakı mövqeyini, xidmətlərini özündə birləşdirən əsər yazsın və Vaqifi geniş tanıtdırıb, onu xalqa daha da yaxınlaşdırsın. Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi xalqa doğma etmək - bunların hamısı Səməd Vurğunun Azərbaycan ədəbiyyatı tarixinə göstərdiyi xidmətlər idi. Səməd Vurğun "Vaqif" əsəri ilə Vaqif obrazını xalqa o qədər çox sevdirdi ki, çox ailə yeni doğulan övladlarına Vaqif adını verdi. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycan xalqının dahi şəxsiyyəti olan Vaqifin şəklini, heykəlini görürük. Səməd Vurğun “Vaqif” dramı ilə mədəniyyətimizdə, ədəbiyyatımızda, mənəviyyatımızda Vaqifin adını əbədiləşdirdi. Həmçinin əsər oxucuya Vətənə məhəbbət, xalqa inam, Azərbaycan dilinə, milli ənənələrimizə məhəbbət aşılayır. Səməd Vurğun "Vaqif" əsərində Vaqif obrazını xalqına, millətinə sadiq, millətinin oyanışına, milli dirçəlişinə xidmət edən insan kimi təsvir edib. Vaqif həmişə azadlıq, müstəqillik tərəfdarı kimi çıxış edib. O, Azərbaycanı azad, müstəqil, sərbəst görmək istəyibdir. Səməd Vurğun Vaqifin xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin qalxmasındakı xidmətlərini yüksək qiymətləndirmişdir. "Vaqif" dramında azərbaycançılıq amili önəmli möyqedə dayanır. Səməd Vurğun Vaqifin mədəniyyətimizə, tariximizə, torpaqlarımızın qədimiliyinə, xalqımızın müdriklikliyinə, Azərbaycan varlığının və Azərbaycan sənətinin yüksəkliyinə, böyüklüyünə göstərdiyi xidmətləri yüksək dəyərləndirmişdir. Səməd Vurğun "Vaqif" əsərində Vaqif obrazını tərənnüm etmişdir. Vaqif xalqın sevgisinə və rəğbətinə güvənərək, İbrahim xanın sarayında yaşaya bilmişdir. Onun üçün millət, dil, vətən sevgisi daim ön planda olmuşdur. Səməd Vurğun "Vaqif" əsərində tarixi şəxsiyyətlərə və hadisələrə öz mövqeyindən münasibət göstərmişdir. Səməd Vurğun "Vaqif" dramında ayrı-ayrı şəxsiyyətlərin tarixdəki rolunu özünəməxsus şəkildə qiymətləndirməklə, onları üzə çıxarmaq, tanıtmaq və təbliğ etmək istəyirdi. Əsərdə azərbaycançılıq və vətənpərvərlik ən mühüm duyğudur. Əsərdə Azərbaycan dili Azərbaycan xalqının danışıq dili kimi yüksəklərə qaldırılır. Səməd Vurğunun Azərbaycan dilinin müasir səviyyəsinin formalaşmasında və təkmilləşməsində əvəzsiz rolu vardır. "Vaqif" dramında Vaqif istər Qarabağ xanı İbrahim xanın sarayında, istərsə də Məhəmməd şah qacarın hüzurunda özünün dəyanətini və qürurunu qoruyub, saxlaya bilmişdir. Yazıçı Vaqifin xalqın taleyindəki rolunu, güclü və haqlı mövqeyini xalqın qəhrəmanına çevirməsi üçün əsas bir cəhət görür. Vaqif xalqın çox arzuladığı bir sənətkar idi, çünki o, haqq sözünü, ədalətli kəlməni dilinə gətirə bilirdi. O, hökmdarların hökmünün qarşısında sınmayan bir şəxsiyyət idi. Vaqif saraylarda xalqın ruhunu təmsil edən şəxsiyyət idi. Əsərdə Vaqif XVIII əsrin məşhur Azərbaycan şairi kimi layiqli mövqedə təmsil olunmuşdur. O, İran hökmdarı Ağa Məhəmməd şah Qacara qarşı kəskin mövqedə dayanaraq, xalqının mənafeyini hər şeydən uca tuturdu. Səməd Vurğun "Vaqif" dramında Vidadi ilə Vaqifin yaxın dostluq münasibətlərinin təsviri ilə əsərdə əsl dost problemini qoymuşdur. Dostun dar və şad gündə tanınması mövzusu əsərdə aparıcıdır. Vidadi əsərdə həm dar, həm də şad günün dostu kimi təqdim olunur. Əsərdə Vaqifin xarakterinin bir çox özəllikləri Qarabağ xanı İbrahim xanla, Eldarla, Xuramanla, Əli bəylə, Əli bəyin sevgilisi Gülnarla, Şeyx Alı ilə söhbətlərində təqdim olunur. Səməd Vurğun Vaqifin bir həyat yoldaşı kimi obrazını Xuramanla olan münasibətində vermişdir. Vaqif Xuramana qarşı son dərəcə səbirli, nəzakətli, mehriban, qayğıkeş rəftar edir. Lakin vəfasız Xuraman Vaqifi məyus və peşman edir. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyətini onun oğlu olan Əli bəy ilə münasibətində göstərir. Vaqif oğluna qarşı olduqca mehriban və qayğıkeş ata idi. Səməd Vurğun Vaqifin atalıq hissini əsərdə çox dolğun bir şəkildə təsvir etmişdir. Əsərdə Vaqifin şəxsiyyəti hər tərəfli oxucuya çatdırılmışdır. Vidadi və Eldar xətti ilə dostluq məsələsinə toxunmuş, əsl dostluq problemini qabartmışdır. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyətini hər tərəfli oxucuya çatdıra bilmişdir. Əsərdə Vaqifin vəzirliyinin təsviri ilə Qarabağ xanlığının diplomatik əlaqələrinədə yer verilir. Vaqif hər bir çətinlikdən xalqına güvənərək, çıxa bilir. Səməd Vurğunun “Vaqif” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Atakişiyeva Həcər
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.